Sosial

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:30

"Gazelli" şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlar və kağız saxlanan anbarda baş verib". Bunu  "Gazelli Group" şirkətinin hüquqşünası Murad Əliyev deyib. Şirkət nümayəndəsi bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb: "Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu.

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

19 Sentyabr 2017 18:50

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 mm-lik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar, sentyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilməsində fasilələr yaranacaq.

Çin Azərbaycana 20 min noutbuk, 800 interaktiv lövhə verib 

19 Sentyabr 2017 17:24

Son illərdə Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq fəallaşıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. M.Cabbarov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum əsasında son iki ildə 43 Azərbaycan vətəndaşı Çində, 41 Çin vətəndaşı isə Azərbaycanda qarşılıqlı təqaüdlər hesabına ali təhsil almaq hüququ qazanıb. Nazir bildirib ki, qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq.

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb

19 Sentyabr 2017 16:48

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

İslam dinində mövhumata və xurafata yer yoxdur  

19 Sentyabr 2017 16:31

Şəkidə “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Məftun Cəbiyev icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətlərindən, dini maarifləndirmə işində dini icmaların rolundan, dövlətin dini sahayə göstərdiyi qayğı və diqqətdən danışıb.

Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir

19 Sentyabr 2017 16:02

Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür Hər bir demokratik cəmiyyətdə olduğu kimi Azərbaycanda da vacib demokratik prinsiplər, ənənələr qorunub saxlanılır, inkişaf etdirilir. Fikir, söz və məlumat, ifadə azadlığı kimi plüralizm də demokratik prinsiplərin başlıca meyarları sayılır. Bu sırada siyasi plüralizmin də öz yeri və rolu vardır. Siyasi plüralizmdə siyasi partiyaların normal qaydada fəaliyyəti, onlara dövlət tərəfindən müvafiq şəraitin yaradılması, eləcə də azad və ədalətli, demokratik qaydada seçkilərin keçirilməsi başlıca amildir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan demokratik cəmiətin bir üzvü olduğundan burada bu və ya digər seçkilər də məhz demokratik prinsiplərə xas şəkildə keçirilir. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycanda kifayət qədər seçki mədəniyyəti formalaşıb və cəmiyyət, xalq istənilən seçkidə azad və demokratik qaydada iştirak edərək öz seçimini edir.

Özbəkistan jurnalında ölkələrimiz arasındakı dostluq əlaqələrinə dair məqalə dərc edilib

19 Sentyabr 2017 16:01

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Tarix və təlim” elmi jurnalında bu ali məktəbin professoru Erkin Nuriinovun özbək dilində “Özbəkistan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində bu ölkə liderlərinin rolu” adlı məqalə dərc edilib. Yazıda iki dövlət arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük xidmətləri olduğu bildirilir. Qeyd edilir ki, xalqlarımızı din, dil, mədəniyyət və adət-ənənələrimizin eyniliyi birləşdirir.

Keçən ay 113982 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb

19 Sentyabr 2017 15:51

Avqust ayı ərzində Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2837 qərar qəbul edilib. “OLAYLAR”-ın xəbərinə görə, onlardan 272-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1375-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 969-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 197-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 24-ü müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Mübariz Qurbanlı cənub zonasında vətəndaşları qəbul edəcək

19 Sentyabr 2017 15:47

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın  21-də Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

"Bakutel 2017" sərgi-konfransının keçirilmə tarixi bəlli oldu

19 Sentyabr 2017 15:36

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” Sərgi-Konfransı keçiriləcək və beləliklə də, “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcəkdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a bildirilib ki,  bu il “Bakutel” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları, eləcə də teleradio yayım şirkətləri yer alır.

22 dövlət əmlakı özəlləşdirilib

19 Sentyabr 2017 15:35

Sentyabrın 19-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 17-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri yaşayış sahəsi, 1 yarım tikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlarda isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da, bu obyekt 93 min manata özəlləşdirilib.

MDB gömrükçüləri Bakıya yığışacaqlar

19 Sentyabr 2017 15:33

Sentyabrın 20-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçiriləcək. Dövlət Gömrük KOmitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak edəcəklər. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışevin iştirakı nəzərdə tutulub.

Fikrət Məmmədov Samuxda qəbul keçirəcək

19 Sentyabr 2017 15:28

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 22-də Samux rayonunda vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Samux rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Samux şəhəri, Heydər Əliyev prospekti 1) keçiriləcək qəbulda Samux və Yevlax rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Nicatla Rəşad Dağlı əlbəyaxa oldu — Toy yarımçıq qaldı

19 Sentyabr 2017 15:18

Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb. Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. 

ÜAK-nin ləğvi barədə qərar qüvvədə saxlanıldı

19 Sentyabr 2017 15:09

Bu gün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.   ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.   Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.