"Bakutel 2017" sərgi-konfransının keçirilmə tarixi bəlli oldu

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” Sərgi-Konfransı keçiriləcək və beləliklə də, “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcəkdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a bildirilib ki,  bu il “Bakutel” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları, eləcə də teleradio yayım şirkətləri yer alır.

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel 2017" Sərgi-Konfransı keçiriləcək və beləliklə də, "Yüksək Texnologiyalar Həftəsi"nə start veriləcəkdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Olaylar"a bildirilib ki,  bu il "Bakutel" sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları, eləcə də teleradio yayım şirkətləri yer alır. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyaları, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40%-ni "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Yeni şirkətlər arasında isə "Hikvision", "Nokia Networks" və digər şirkətlər yer alır. Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin "Bakutel 2017" sərgisi çərçivəsində "B2B" formatlı görüşlər də təşkil olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31