MDB gömrükçüləri Bakıya yığışacaqlar
Sentyabrın 20-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçiriləcək. Dövlət Gömrük KOmitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak edəcəklər. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışevin iştirakı nəzərdə tutulub.
19 Sentyabr 2017 15:33 SosialSentyabrın 20-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçiriləcək. Dövlət Gömrük KOmitəsindən "Olaylar"a verilən məlumata görə, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak edəcəklər. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışevin iştirakı nəzərdə tutulub. İclasın gündəliyinə əsasən, tədbirdə öncə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidmətinin işinin təşkili" mövzusunda təqdimatı keçiriləcək. Sonra iclasda gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələrinin rəislərinin Qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılacaq, eləcə də MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 15-ci iclasının qərarlarının və 2017-cü il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinləniləcək.