Sosial

Hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 9, məhkəmələrə isə 3 iş göndərilib

20 Sentyabr 2017 11:43

1-15 sentyabr  tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 127 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 28 müddətli “məcburi göstəriş” verilib.

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib

20 Sentyabr 2017 11:42

Dillər Universitetinin  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili - Koreya dili ixtisası üzrə müəllimi Könül Kamilzadə Koreya dili Milli İnstitutunun seçimi ilə Koreya Respublikasının Evha Qızlar Universitetinin təsis etdiyi 10 həftəlik “Invitation Training for Foreign Specialists of Korean Language” adlı təlim proqramında iştirak edib. "Olaylar" bildirir ki, K.Kamilzadə “A Study on Analysis of Grammatical Errors In Korean Writing Texts – Focusing on Beginner level Azerbaijan learners” mövzusunda 20 səhifəlik təqdiqat işi yazıb və sonda bu mövzuda çıxış edib.

Siyasi qərar, yoxsa Azərbaycana təzyiq vasitəsi?

20 Sentyabr 2017 11:25

ÜAK-ın ləğvi barədə qərar iki dövlət və xalq arasında ənənəvi dostluq münasibətlərinə kölgə salır Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu müəyyən edilib. Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün martın 9-da Ali Məhkəməyə müraciət edib.

Azərbaycanda son 14 ilin sentyabr havasının rekordu yenilənib

20 Sentyabr 2017 11:16

Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.

İndoneziya səfiri ADU-da dərs keçib

20 Sentyabr 2017 10:49

 İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycan Dillər Universiteti ilə qarşılıqlı razılaşma əsasında universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 256-cı qrup tələbələrinə İndoneziyanın siyasi sistemi fənnindən dərs keçib. “Olaylar” bildiriir ki, səfir təmsil etdiyi ölkənin siyasi tarixi haqqında ətraflı məlumat verib, İndoneziya xalqının müstəqillik mübarizəsi, vahid xalq, vahid dil və vahid ərazi ideologiyası uğrunda apardığı mübarizəsindən danışıb. O, həmçinin ölkəsinin dünyada multikultural ölkə kimi tanınmasından bəhs edib.

Ələt-Astara yolunda daha bir dəhşətli qəza

20 Sentyabr 2017 10:39

Bugün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 91-ci km-də 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Lənkəran rayon sakininin idarə etdiyi “Mercedes” markalı minik maşınının “KamAZ” markalı yük avtomobili ilə qarşı-qarşıya  toqquşması nəticəsində “Mercedes”də olan 5 nəfərdən 4-ü hadisə yerində dünyasını dəyişib. “Mercedes” deformasiyaya uğradığından ölənlərin cəsədlərini maşından çıxarmaq üçün hadisə yerində FHN əməkdaşları işləyir. Maşından çıxarıldıqdan sonra sağ olduğu bilinən 1 sərnişin isə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xoşbəxt Yusifzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub

20 Sentyabr 2017 10:18

"Olaylar" bildirir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə görkəmli neftçi-alim, Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevin 80 illik yubileyi qeyd olunub

20 Sentyabr 2017 09:31

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Olaylar” bildirir ki, ölkənin tanınmış elm və mədəniyyət adamlarının, ictimai xadimlərin iştirak etdiyi yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin elmi və bədii yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, filoloji fikrimizin görkəmli nümayəndəsi Qəzənfər Paşayevin yaradıcılığının zirvəsi onun 1985-ci ildə bədii-publisist, elmi-memuar üslubda qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” əsəridir. Akademik İ.Həbibbəyli Qəzənfər Paşayevin İraq, Türkiyə və İranda apardığı araşdırmalarından söz açaraq, onun həmin ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorşünas alim kimi tanındığını, zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyduğunu söyləyib.