Qüdrət Qurbanov Həzi Aslanovla quda oldu – FOTO
20 Sentyabr 2017 07:44 SosialSentyabrın 19-da "Buta Palace"da Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasimi keçirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə qurub.
Mərasimdə siyasət, mədəniyyət və şou sahəsinin nümayəndələri iştirak edib.
Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva idarə edib.
A.M.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00