Sosial
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə keçirilir
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" adlı müsabiqəyə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, "Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!" devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını inkişaf etdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdən ibarətdir. Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.
Dərsliklərdəki xətaları necə aradan qaldırmalı?
Bu sahəni qanunla tənzimləmək mümkündürmü? Hazırda orta və ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə edilən dərsliklərdə ciddi xətaların olması barədə fikirlər səsləndirilməkdədir. Mütəxəssislərin qənaətinə görə, dərsliklərdə ən böyük qüsur təkcə, hansısa məqamın səhv yazılması yox, ümumiyyətlə, dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır. Araşdırmalar deməyə əsas verir ki, dərsliklərimizdə texniki və müəllifin qeyri-peşəkarlığı üzündən yaranan çoxsaylı nöqsanlar var. Bəzən elə səhv olur ki, müəllifin bir səhvi üzündən bütün şagirdlər o səhvi düz bilərək mənimsəyirlər. Bir çox hallarda isə tariximizin təhrif olunması halları müşahidə olunur. Bir sözlə, dərsliklər yazılarkən uşaqların nə fiziki, nə də zehni inkişafı nəzərə alınır. Dərsliklərdə hansısa məkanın səhv göstərilməsi, “Musiqi” dərsliyində başqa bəstəkarın bəstəsini aidiyyatı olmayan bəstəkarla bağlı mətnə salmaq, “Texnologiya” dərsliyində alətlərin adının səhv yazılması, “Həyat bilgisi”ndə göllərin adının səhv verilməsi və sair kimi səhvlərlə də qarşılaşırıq. Belə səhvlərin qarşısını almaq üçün təklif olunur ki, dərsliklər nəşr edilməzdən öncə ictimai müzakirəyə çıxarılsın.
Bakıda özünü 17-ci mərtəbədən atan şəxsin kimliyi bilindi
Bakı şəhəri, Nəsimi rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən şəxsin adı açıqlanıb. Özünü öldürən şəxsin 1986-cı il təvəllüdlü Nuri Mirzəyevdir. Qeyd edək ki, hadisə Mirəli Qaşqay küçəsindəki binalardan birində baş verib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Nazirlik Ziya Məmmədovun bacısının direktor olduğu liseydə araşdırma aparır
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.
MEK – də təlim
AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi ilə bağlı 2017-ci il üzrə növbəti təlim keçirilib. Təlim MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova tərəfindən aparılıb. “Olaylar” bildirir ki, təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib. G.Əhədova 2017-ci il üzrə MRY-a daxil edilən kitabların siyahısını açıqlayıb, elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib.
Tələbələr Mərkəzi Elmi Kitabxanada
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kimya fakültəsinin I kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər. “Olaylar” bildirir ki, görüş çərçivəsində MEK-in Fondların formalaşdırılması sektorunun əməkdaşı Xədicə Ağayeva kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. İlk olaraq tələbələrə MEK-in istifadəçisi adını qazanmaq üçün qeydiyyat qaydaları izah edildi. Daha sonra sərgi salonu, yardımçı fondlar və oxu zalları, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış oldular. Rəqəmsallaşdırma şöbəsinin və biblioqrafiya sektorunun işini əyani surətdə izlədilər. Zəngin fonda malik MEK-in Nadir Kitab Fondu tələbələrdə xüsusilə böyük maraq doğurdu.
12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var
Deputat hamilə qadınlara güzəşt təklifi ilə çıxış edib
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında adıçəkilən komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Millət vəkili qeyd edib ki, stüardessalar gərgin rejimdə işləyirlər, fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır: “Ona görə də xahiş edirəm onların tez pensiyaya çıxmasını, eyni zamanda bir sıra sosial güzəştlərin tətbiq edilməsini özündə ehtiva edən dəyişikliklər edək. Bu, çox vacibdir”.
Bal yarmarkasının keçiriləcəyi vaxt və məkan bəlli oldu
Kənd Təsərrüfatı Nazirliyi 2017-ci il oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Nazirlikdən modern.az-a bildirilib ki, sərgi-satış yarmarkasının açılışı 10 oktyabr tarixdə, saat 12:00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19-dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:
Komitə sədri: Şikayətlərin sayı ötən illə müqayisədə azalıb
Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il yaz sessiyasının yekunları dinlənilib və 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə müzakirələr aparılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib:“Həmin iclaslarda 23 məsələ müzakirə olunub, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Həmin dövr ərzində komitəyə 573 sənəd, o cümlədən vətəndaşlardan 489 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.
Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət istifadətə verilib
Hazırda əmək, sosial sığorta, pensiya, müavinət və sosial yardım münasibətləri üzrə nazirliyin ümumilikdə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir. Təkcə ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 516 152, cari ilin yanvar-avqust aylarında isə 6 milyon 486 min 533 müraciətin edilməsi həmin e-xidmətlərin əhalinin maraq dairəsində olduğunu təsdiq edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə,bunun əsas səbəbi qeyd olunan e-xidmətlərin əmək və sosial müdafiə sahələrində məmur-vətəndaş kontaktlarının minimuma endirilməsinə, vətəndaşların müvafiq sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində və şəffaf şəraitdə istifadəsinə, sosial xidmətlərin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə imkan yaratmasıdır:
Deputatdan təklif: Azərbaycanda qəlyan qadağan edilməlidir
“Azərbaycanda qəlyan qadağan edilməlidir. Kimsə bunun arxasında durub. Narkotik vasitələrdən istifadəni Azərbaycanda qadağan etdiyimiz kimi, qəlyanı da qadağan etməliyik. Çünki narkotikdən istifadə edənlər qəlyan da çəkirlər”. “Olaylar” xəbər verir ki, bunu deputat Araz Əlizadə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Deputat bildirib ki, Azərbaycana adını çəkmək istəmədiyi bəzi dövlətlərdən gələn turistlərin sayı azaldılmalıdır: “Bəzi dövlətlərdən -adlarını çəkmək istəmirəm, hər kəs bilir- gələn turistlər bura öz mədəniyyətsizliklərini, mənəviyyatsızlıqlarını, tərbiyəsizliklərini, vəhşiliklərini gətiriblər. Biz seçim etməliyik – mənəviyyat, yoxsa, pul?” Deputat Bakıda “bit problemi”nin yarandığına görə ona zənglərin olduğunu da deyib: “Zənglərdən sonra bu işin arxasında düşdüm.
Sabahahın havası
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-45 % olacaq.
Qocalar arasında bu xəstəlik artıb - AZƏRBAYCANDA
Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib. Bunu jurnalistlərə Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidova deyib. Onun sözlərinə görə, xəstəliyin simptomları əqli geriliklə müşahidə olunur, yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir. Bu, sonda intellektin azalmasına səbəb olur: "İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur".
Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA
2007-ci ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı bayraq 10 il sonra səbəbi müəmmalı qalan səbəblərdən sökülüb. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmır. İki aya yaxındır ki, meydan bayraqsız qalıb. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov modern.az-a hələlik texniki baxışın yekunlaşmadığını açıqlayıb: "Hazırda Bayraq Meydanındakı dirəyin üst hissəsi sökülüb. Onun altında olan mexanizm yoxlanılır, alt hissəyə texniki baxış keçirilir".














