Sosial
Deputatların etik davranış qaydaları yenidən müzakirəyə çıxarıldı
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə dəyişikliklər edilir.“Olaylar” ın məlumatına görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib. İclasda bildirilib ki, qanun layihəsində deputatın mandatını itirməsi və digər məsələlərlə bağlı dəyişiklik ediləcək. Parlamentin Daxili Nizamnaməsi və Seçki Məcəlləsindən irəli gələrək, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək.
Azərbaycanda ifadə azadlığı yüksək səviyyədə təmin olunub
Məlum olduğu kimi siyasi məsələlər, eləcə də, ictimai maraq kəsb edən digər məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. Mətbuat nəinki belə məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də ictimaiyyət həmin məlumat və ideyaları almaq hüququna malikdir. Belə bir şəraitdə cəmiyyətin ifadə azadlığının təmin olunması vacib məslələrdən birinə çevrilir. Qeyd edək ki, ifadә azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından demokratik cәmiyyәt üçün çox vacibdir.
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək
Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin yaxın günlərdə Bakıda keçiriləcək dəfn mərasimində oğlu Norman Lütfizadə iştirak etməyəcək. Bunu barədə Norman özü bildirib. O, hazırda Bakıya gəlmək barədə düşünmədiyini deyib. “Bakıya gəlməyim mümkünsüz deyil. Amma hazırda belə bir səfər planımda yoxdur”. O, atasının dəfn mərasimində hansı səbəbdən iştirak etməyəcəyini açıqlamayıb.
Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Açıqlama
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova işdən çıxarılıb. Hazırda onun direktoru olduğu "Tərəqqi" liseyində nazirlik işçiləri valideynlərlə görüş keçirir. Valideynlərin sözlərini sərbəst deməsi üçün məktəb rəhbərliyi və müəllimlər iclasa buraxılmayıb. İclasda valideynlər məktəbdə baş verən neqativliklər haqda danışıblar. Valideynlərin verdiyi məlumata görə, direktorun işdən çıxarılması məsələsi bu iclasda bir daha təsdiqlənib.
TUMİB region gəncləri ilə bağlı layihəyə yekun vurub
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azəraycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını Lerik şəhərində uğurla yekunlaşdırıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Lerik şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər. Tədbirdə Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Şəhər Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və TUMİB-in nümayəndələri iştirak ediblər.
Yeni dərs ilinin ilk iclasları keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuraların iclasları və valideynlərlə görüşlər keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Pedaqoji Şuraların iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir. Həmçinin, növbəti tədris ilində qarşıda duran vəzifələr, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransından irəli gələn məsələlər, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar seçilən hədəflər, şagirdlərin bilikli, vətənpərvər və əsl vətəndaş kimi yetişməsi üçün görülməsi vacib sayılan işlər ətrafında müzakirələr aparılır. Müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.
Polisin yubiley medalı təsis olunur
"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunur. Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilir. Bu yubuley medalı ilə daxili İşlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
Bakını hədəf seçənlər
Yaxud radikallar yenə antiAzərbaycan mövqeyində Hədəf yenə Bakıdır. Necə ki, 1918-ci ildə Bakı hədəf seçilərək Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Necə ki, eyni ildə bolşevik-daşnak birləşmələri Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif əyalətlərində qırğınlar törətdilər. Necə ki, İkinci Dünya Müharibəsində Hitler Bakını hədəfə seçmişdi, lap yeni tariximizdə keçmiş SSRİ-nin silahlı birləşmələri Bakıda qırğınlar törətdi, eyni ilə yenə Bakı hədəf seçilib. Sadəcə arada zaman fərqi var. Oyunçular isə eyni olmasa da, onların törəmələri, əcdadlarıdır. Eyni zamanda “mübarizə” taktikası bir qədər dəyişərək bir növ “müasirləşdirilib”. Əgər uzaq tarixdə Bakını erməni daşnakları və bolşevik qüvvələri hədəf seçmişdisə, indi bu proses erməni lobbisinin və onlara dəstək verən daxildəki radikal siyasi qruplaşmaların timsalında gedir. Hazırkı mərhələdə Azərbaycana qarşı olan hücumlar, onu gözdən salmaq cəhdlərini məhz belə xarakterizə etmək olar.
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu
Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə boğulub. Hadisə 2 gün öncə baş verib. Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb. Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək.
Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ: at uşağın cinsiyyət orqanını DİŞLƏDİ
Azərbaycanın rayonlarının birində at 13 yaşlı oğlanın cinsiyyət orqanını dişləyib. Bu barədə uşağın əməliyyat edildiyi Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinin cərrahı Fuad Hüseynov məlumat verib. O, təcrübəsində belə halın ilk dəfə yaşandığını bildirib: “Uşaq atla oynayandan bir müddət sonra cinsiyyət orqanında ağrı, şişkinlik, göyərmə və sidiyə gedə bilmədiyi barədə valideynlərinə deyib. Onlar ilk növbədə rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Orada uşağın xayalarının üzərindəki travmaya tikişlə ilkin müdaxilə göstərilib və Bakıya göndəriblər.
Ordumuzun aprel sınağı: yeni qəhrəmanlıq salnaməsi
Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə cəhd edən Ermənistan cari ilin aprel ayında da öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətdi. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etdi. Nəticədə 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı.
200 saylı orta məktəbdə valideynlər aksiya keçirir - FOTOLAR
Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı
“Turan” agentliyinə qarşı başlanan istintaq dayandırlıb. Bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb. Qeyd edilir ki, “Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb. Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə verilib.
Məktəbliləri xəstəlikdən necə qoruyaq? HƏKİM MƏSLƏHƏTİ
Artıq yeni tədris ili başlandı. Məktəblilər dərs zamanı yeni bilikləri əldə etməklə yanaşı, bir çox infeksiyalarla da qarşılaşır, bir sözlə desək tez-tez xəstələnməyə başlayırlar. Belə olan halda, məktəbli həm dərsdən yayınır, həm də digər şagirdlərdən bilik səviyyəsinə görə geri qalır. Bu xoşagəlməz vəziyyət ən çox valideynləri narahat etməyə başlayır. Bəs o zaman məktəbliləri xəstəliklərdən necə qoruyaq? Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, məktəblilərdə daha çox xəstələnmə halı uşaqların evdən məktəbə infeksiya aparması nəticəsində baş verir.
Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək
7-8 oktyabr tarixlərdə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 8-19 yaşlı gənclər robot futbolu – hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparacaq. Həmçinin açıq kateqoriya – iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcək. Əsas kateqoriya – İştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaq.














