Sosial
Polislər Beren Saatla Halit Ergençi gecəyarı bu vəziyyətdə saxladı – FOTO
Mətanət İsgəndərlinin türkə ərə gedən qızı toyunda İKİ GƏLİNLİK DƏYİŞDİ - FOTO/VİDEO
Nazir Daşkəsən şəhərində vətəndaşlarla görüşəcək
Sentyabrın 28 - də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Daşkəsən şəhəri Dövlət Arxiv İdarəsində Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Səudiyyə Ərəbistanı səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutununda
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Səid əl-Qidəm AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun qonağı olub. "Olaylar" bildirir ki. institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açılıb. Səid əl-Qidəm elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib və kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondunun nəşrlərini Şərqşünaslıq İnstitutuna hədiyyə edib.
Görkəmli alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib
Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, BDU-nun Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Olaylar” bildirir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Zəlzələdən əvvəl səmadakı paranormal parıltılar İNSANLARI QORXUTDU - VİDEO
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
9 aylıq hamilə olmasına heç kim inanmır - FOTO
Şahin Mustafayev Bərdədə qəbul keçirəcək
Sentyabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Bərdə şəhərində Bərdə, Yevlax, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcək.
Kamal Abdulla beynəlxalq seminar iştirakçıları ilə görüşüb
Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetdə keçirilən “DaF-Unterricht im Stadium” adlı beynəlxalq elmi-metodiki seminarın Almaniya, Qazaxıstan, Özbəkistan və Çeçenistandan olan iştirakçılarını qəbul edib. "Olaylar" bildirir ki, qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla yüksək səviyyədə olan münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib. “Kitabi-Dədə Qorqud” və “Nibelunq nəğmələri” dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində çox ciddi işlər görüldüyünü xatırladan rektor bu araşdırmaların bundan sonra daha ciddi şəkildə davam edəcəyinə inandığını söyləyib.
Atası ilə toya gələn Kənanın dəhşətli ölümü - SON FOTO...
Mikayıl Cabbarov federasiya prezidenti seçildi
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib. AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.
Xoşqədəmin sanatoriyaya yerləşdirdiyi şəxsi qaçırdılar
"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının Bilgəhdə psixoloji problemi olan insanlar üçün nəzərdə tutulmuş sanatoriyaya yerləşdirdiyi Rzayev İbadət Məsiağa oğlu yaxınları tərəfindən oradan qaçırılıb. İbadət Rzayev iyirmi il anası Ağayeva Şəhla Söhbət qızı tərəfindən zəncirlənərək saxlanılıb. X.Hidayətqızı faktın üstünü açdıqdan sonra Masallı rayon Çaxırlı kənd sakinini Bakıya gətirsə də, yaxınları Rzayevi sanatoriyadan qaçırmağa nail olublar.
Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
Türkiyə Respublikası Yeditepe Universitetinin dosenti, Azərbaycanın Əməkdar rəssam, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, T.Rzayev Türkiyə ilə Rusiya Federasiyası arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə həmin medala layiq görülüb.
Komitəyə 59 vətəndaşın ərizəsi daxil olub
Milli Məclisin (MM) qarşıdan gələn 2017-cil payız sessiyası ilə bağlı sentyabrın 20-də parlamentin Aqrar siyasət komitəsinin ilk iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib. Onun sözlərinə görə, bu ilin yaz və növbədənkənar sessiyası çox məhsuldar keçib: “Yaz sessiyasında komitə tərəfindən 7 iclas keçirilib. Bu iclaslarda 17 məsələ müzakirə olunub, bunlardan 15-i Milli Məclisin plenar iclasına tövsiyə edilib. Milli Məclisin plenar iclasında 14 qanun layihəsinə dəyişiklik qəbul edilib”. Yaz sessiyası dövründə Aqrar siyasət komitəsinə 59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 38 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb.














