Sosial

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb Baş Prokurorluq açıqlama yaydı

21 Sentyabr 2017 15:11

Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Baş Prokurorluqdan “Olaylar”a  verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YAP-ın 25 illiyi münasibəti ilə konfrans keçirilib

21 Sentyabr 2017 15:08

“Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yarandığı vaxtdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası (YAP) sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçib”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə nazirlikdə keçirilən konfransda vurğulayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq edəcəklər

21 Sentyabr 2017 15:05

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, sənədin əsas məqsədi “ADA”-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır. Əməkdaşlıq haqda razılaşma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “ADA” Universitetinin rektoru Hafiz Paşayev tərəfindən imzalanıb. Rektor Hafiz Paşayev nazirliyin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, “ADA”-da İT və Mühəndislik üzrə təhsil alan əlaçı tələbələr bu əməkdaşlıq çərçivəsində təqaüdlər qazana biləcək, yeni təcrübə imkanları əldə edəcəklər. O, əlavə edib ki, “ADA” Universiteti fəaliyyətində tələbələrin startap layihələrinin dəstəklənməsinə geniş yer verir. Öz növbəsində nazir Ramin Quluzadə isə qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İKT sahəsində həyata keçirilən işlərə ən istedadlı gəncləri cəlb etməkdə maraqlıdır.

Hava yağmursuz keçəcək, duman olacaq

21 Sentyabr 2017 14:39

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havaəsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən "Olaylar" - a verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Jurnalist Azər Hüseynbala əməliyyat olundu 

21 Sentyabr 2017 14:16

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib. Bu barədə məlumat verən  jurnalistin oğlu Turqut Əzizovun  sözlərinə görə, A. Hüseynbala ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib 

21 Sentyabr 2017 14:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a idarədən verilən məlumata görə, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Usman Kuçkar dünyasını dəyişdi

21 Sentyabr 2017 14:12

Strateji  Yol  Xəritəsinin monitorinqi sübut edir ki, seçilmiş istiqamətlər düzgündür 

21 Sentyabr 2017 13:09

Onun icrasında hələlik yüksək faizə nail olmayan qurumlar da mövcuddur Prezident  İlham Əliyevin sərəncamı ilə Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə  Strateji  Yol  Xəritəsi  təsdiq  edilmişdir. Bu  sənəd  milli  iqtisadiyyatımızın  bütün  istiqamətlərdə  inkişafı  üçün  çox  vacib  bir  sənəd  olmaqla  yanaşı  qısa, orta  və  uzun  müddəti  əhatə  etməklə  3  dövrü  özündə  əks  etdirir : 2020-ci  ilədək, 2025-ci ilədək  və  2025-ci  ildən  sonrakı  dövr. Bələ  bir  vacib  sənədin  monitorinq və qiymətləndirmələrinin hər yarım ildən bir  keçirilməsi və  ilin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələrinin təqdim edilməsi  bir  daha  sənədin  əhəmiyyətini  ön  plana  çəkir. Bu  cür  qiymətləndirmələrin  keçirilməsi  sənədin  praktik  sənəd  olmasını  göstərir.  Millət vəkili Vahid Əhmədov qeyd edir ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarım illik monitorinq və qiymətləndirmə hesabatlarında  qeyd  olunmuş  rəqəmlər  onu  göstərir ki, nəzərdə tutulmuş tədbirlər  artıq  icra  edilməyə  başlanılıb,  ilkin  müsbət  tendensiyalar  və  nəticələr  əldə  edilib.