Sosial
Bakıda mağazada bədbəxt hadisə
Bakıda mağazada ölüm olub. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən mağazalardan birində satıcı işləyən, 1980-cı il təvəllüdlü Alla Əliyeva ürək tutmasından ölüb.
Yaddaş pozulanda nə etməli?
Natavan Aygünə söz atdı - Fanatlar da məsələyə qarışdı
Göyçaylı milyarderin şirkəti bağlanır
Camalzadə bu videoya görə əxlaqsız adlandırıldı
"Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər"
"Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər". Bunu dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib. Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsində görə ləngiyir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının İş Yerlərinin Diaqnostikası missiyası üzrə nümayəndə heyəti ilə görüş olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının İş Yerlərinin Diaqnostikası Missiyası üzrə nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd ölkəmizdə məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, qarşıda duran əsas hədəflər barədə təhlillərin aparılması, Dünya Bankının iş yerlərinin diaqnostikası üzrə yanaşmaları haqqında məlumatların verilməsi, birgə fəaliyyət yollarının müzakirə olunmasıdır.
“Mardan Palas” ətrafında yeni problem – Satış dayandı
Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus Antalyadakı “Mardan Palas” (“Mardan Palace”) otel kompleksi artıq rəsmi saytı vasitəsi ilə onlayn otaq satışlarını dayandırıb. Bu barədə “Hürriyət” informasiya yayıb. Məlumata görə, otelin rezervasiya xəttinə və göndərilən sorğulara cavab verilmir. Saytda otaq sifariş etmək istədikdə isə axtarılan kriteriyalara uyğun nömrə olmaması barədə bildiriş ortaya çıxır. Dünyanın ən yaxşı oteli seçilən “Mardan Palas”ın saytı oteldə sentyabr və oktyabr aylarında qeydiyyatdan keçməyin mümkün olmadığını göstərir. Noyabr ayının göstərildiyi tarix isə sistem tərəfindən avtomatik ləğv olunur.
Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib
Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib. Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində keçirilməsi qərara alınıb.
Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb
Sentyabrın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. Bu barədə məlumat “OLAYLAR”-a Baş Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, idarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Kərəm Həsənov Salyanda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Salyan Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, qəbulda Salyan rayonu ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb
Sentyabrın 21 – də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib. “Olaylar” - a daxil olan məlumata əsasən tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev qeyd edib ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb və 2016-2017-ci illər üzrə 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının seçilən 412 dövlət xidməti qiymətləndirilib.
İspaniyada Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolundan danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin Məsləhətçi eksperti Fuad Şahbazov İspaniya Tələbələr Assosasiyası, Barselona Strateji Araşdırmalar İnstitutu və Kral Xuan Karlos Universiteti nəzdindəki Siyasi Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə İspaniya Krallığının paytaxtı Madrid şəhərində keçirilən “İnkluziv təhlükəsizlik və Dayanıqlı sülh” mövzusundakı beynəlxalq dəyirmi masada iştirak edib.
Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.
Dövlət Komitəsi mətbuatı obyektiv olmağa çağırıb
Ötən gün bəzi internet saytlarında yayımlanan "Psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi davam edir" başlıqlı məqalədə müəllif psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə gömrük xidmətinin gördüyü işi, həyata keçirdiyi əməliyyat və tədbirləri araşdırmadan, bu barədə səlahiyyətli dövlət qurumundan, yəni müvafiq gömrük orqanından rəsmi münasibət öyrənmədən Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətinə kölgə salan mövqe nümayiş etdirib. DGK Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, son bir ildə psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə irimiqyaslı əməliyyatların həyata keçirildiyi və guya bu əməliyyatlardan gömrük orqanlarının xəbərsiz olduğu, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan məlumatlara etinasız yanaşdığına dair həqiqətə uyğun olmayan iddialar irəli sürülür:














