Sosial

Gənclər üçün irimiqyaslı intellektual oyunun yeni mövsümü başlayır

19 Sentyabr 2017 15:07

"Azərbaycanın İntellektual BİRİncisi" yeni mövsümdə oyunlara başlayır. "Azərbaycan İntellektual BİRincisi" layihəsi artıq ikinci ildir ki, "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. Layihənin əsas hədəfləri gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlar üçün rəqabətədavamlı gənclərin hazırlanmasıdır.

Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir

19 Sentyabr 2017 15:04

Azərbaycanda Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən "Dövlət qulluğu haqqında" qanuna əlavələr təklif edilir.   Layihəyə əsasən, qanunun 8-ci maddəsinin (Dövlət orqanlarının təsnifatı) 1-ci bəndinə (təsnifatlaşdırılan dövlət orqanlarının siyahısı) "məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan respublikasının Məhkəmə-Hüquq Şurası" sözləri əlavə edilir.   Hazırda isə Azərbaycanda dövlət orqanlarının təsnifat siyahısına görə qurumlar yalnız bunlardır:

Abid Şərifov Bakının 1-ci mikrorayonunun yenidən qurulması məsələsinə aydınlıq gətirdi

19 Sentyabr 2017 15:02

Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır. Bunu baş nazirin müavini Abid Şərifov deyib.   O bildirib ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb.

Bu reklamlara qadağa qoyulur

19 Sentyabr 2017 15:00

Azərbaycanda körpə və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı ilə bağlı qaydalar dəyişdirilir. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinə (Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması) əlavə və dəyişiklik təklif edilir.   Layihəyə əsasən, məcəllənin 213-cü maddəsinin 0.1.-ci bəndi dəyişdirilərək bu formada verilir: "Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına".

"Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa"

19 Sentyabr 2017 14:58

"Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa". Bunu baş nazirin müavini Abid Şərifov bildirib.

Tarixi 1960-cı ildən əvvələ aid olan əşyalar mədəni sərvətlər sayılacaq

19 Sentyabr 2017 14:55

Azərbaycanda tarixi 1960-cı ildən əvvələ aid olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab ediləcək.  Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, bu barədə "Mədəniyyət haqqında" qanuna yeni dəyişikliklər layihəsində qeyd edilir. "Mədəniyyət haqqında" qanuna təklif edilən yeni dəyişikliyə görə, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlər hesab ediləcək. Qanunun hazırkı variantına görə isə qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) hesab olunur.

Komitə sədri: İlin sonuna qədər daha 300 dövlət müəssisəsi özəlləşdirilə bilər

19 Sentyabr 2017 13:55

2017-ci ilin sonuna qədər dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə daxil olmalar 100 milyon manatı keçəcək. “Olaylar”ın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, ilin sonuna qədər təxminən 300 dövlət obyekti və müəssisəsinin özəlləşdirilməyə çıxarılması planlaşdırılır. K.Həsənov qeyd edib ki, bu günə qədər özəlləşdirilməyə 1100-dən yuxarı dövlət obyekt və müəssisəsi çıxarılıb: “Ümumilikdə, özəlləşdirilmə nəticəsində dövlət büdcəsinə 93 milyon manat daxil olub”.

Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

19 Sentyabr 2017 13:45

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür. Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar. Anım mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 25 il öncə dünyasını dəyişmiş böyük alimin  keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyən G.Baxşəliyeva bu görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib. 

Region gəncləri arasında dövlət - din münasibətləri təbliğ edilir 

19 Sentyabr 2017 13:43

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam sivilzasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” adlı layihənin icrasını davam etdirir. “OLAYLAR”-a daxil olan məlumata görə, növbəti tədbir Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib. Tədbirdə çıxış edən Bərdə rayonu İcra Hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Əzizov Fəxrəddin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. F. Əzizov bildirib ki, analoji tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. “Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. A

Sabahın HAVASI

19 Sentyabr 2017 13:08

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar" -a verilən məlumata görə, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.

“Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır”  mövzusunda seminar keçirilib

19 Sentyabr 2017 13:06

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində 21 Sentyabr-Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır” mövzusunda seminar keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 5 saylı region (Bakının Yasamal və Qaradağ rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin məsul şəxslərinin, universitetin müəllim və tələbələrinin iştirakı ilə keçən tədbirdə BMT tərəfindən 21 sentyabr-Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və onun dünyada sülh mədəniyyətinin təbliğində önəmindən bəhs olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində sabit inkişaf tempinə malik olan ölkəmizdə tolerantlıq mühitinin, sülh və əmin-amanlığın hökm sürdüyü vurğulanıb, xalqımızın həmişə sülhsevər bir xalq olduğu bildirilib.

Hesablama Palatası İqtisad Universitetində nöqsanlar aşkarlayıb

19 Sentyabr 2017 13:03

Hesablama Palatasının növbəti Kollegiya iclasında “Dövlət büdcəsindən Azərbaycan Dövlət  İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə Hesabat müzakirə olunub. Məlumata görə, Hesablama Palatasının Kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanuna müvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.