Gənclər üçün irimiqyaslı intellektual oyunun yeni mövsümü başlayır
"Azərbaycanın İntellektual BİRİncisi" yeni mövsümdə oyunlara başlayır. "Azərbaycan İntellektual BİRincisi" layihəsi artıq ikinci ildir ki, "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. Layihənin əsas hədəfləri gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlar üçün rəqabətədavamlı gənclərin hazırlanmasıdır.
19 Sentyabr 2017 15:07 Sosial"Azərbaycanın İntellektual BİRİncisi" yeni mövsümdə oyunlara başlayır. "Azərbaycan İntellektual BİRincisi" layihəsi artıq ikinci ildir ki, "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.
Layihənin əsas hədəfləri gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlar üçün rəqabətədavamlı gənclərin hazırlanmasıdır.
Prezident İlham Əliyev dı hər zaman intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib və buna əsaslanaraq "İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin həyata keçirilməsini nəzərdə tutub.
Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. 2017-ci ildə həyata keçirilməsi planlaşdırılan layihə 2 mərhələdən ibarət olacaqdır. Belə ki, hər iqtisadi rayon üzrə komandaların seçim turu keçiriləcəkdir. Bu mərhələdə 4 intellektual yarış ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") növü üzrə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaqlar. Hər şəhər (rayon) üzrə maksimum 1 komanda yarışda iştirak edə bilər. 9 iqtisadi rayon üzrə ümumilikdə 70 şəhəri (rayonu) əhatə edən "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 1000-dən çox gəncin iştirak etməsi nəzərdə tutulur.
Milli.az