Keçən ay 113982 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb
Avqust ayı ərzində Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2837 qərar qəbul edilib. “OLAYLAR”-ın xəbərinə görə, onlardan 272-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1375-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 969-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 197-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 24-ü müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.
19 Sentyabr 2017 15:51 SosialAvqust ayı ərzində Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2837 qərar qəbul edilib. "OLAYLAR"-ın xəbərinə görə, onlardan 272-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1375-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 969-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 197-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 24-ü müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.
Ümumiyyətlə, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması və s. ilə bağlı 7181 müraciət daxil olub. Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 113982 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.