Sosial
Deputatımız AŞ PA-nın tədbirinə qatılıb
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçiriləcək seminarda iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşdə səfər edib.
24 könüllüyə sertifikat verilib
Əmlak Məsələləri Dövlət Komitəsi könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, 24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də qurumun müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər.
40 ailəyə mənzillərin açarı və çıxarış verilib
Prezident İlham Əliyevın təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.
Azərbaycanda 10 mindən artıq dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib
"Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarına Tarif Şurası tərəfindən vahid qiymət qoyulub". Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu məsələ rotasiya olunan, təkmilləşən prosesdir. E. Ağayevin sözlərinə görə, bəzi dərman preparatlarının qeydiyyatının vaxtı bitir, Azərbaycanda yeni dərman preparatları qeydiyyata düşür: “Bu proses daim davam etdirilir. Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib”.
BNA: Təhlükəsizlik xidməti və polis əməkdaşları stadiondan çıxan azarkeşləri yanlış yönləndirib
"Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gün baş tutan "Qarabağ" - "Roma" matçından əvvəl də, sonra da öz üzərinə düşən vəzifəni yerinə yetirib". Bunu BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.
Deputat: Bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar
“Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
MEK – də Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirildi
AMEA Mərkəzi Elmi Kitabxanasının və Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, MEK – də baş tutan təqdimatda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dövlət qurumları, özəl sektor və müxtəlif media orqanlarının əməkdaşları, Bakı Dövlət Universitetinin müəlllim və tələbə heyəti iştirak edib.
"Azərsu": "Builki payız-qışa hazırıq, yollarda subasmalar olmayacaq"
Sentyabrın 27-dən etibarən Bakıda hava şəraiti kəskin dəyişib, temperatur aşağı enib, gecədən başlayaraq intensiv yağış yağır. Yağışların yağması Bakının ənənəvi problemini də özü ilə gətirib: iri gölməçələr, keçilməz yollar...
Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - Audio
Bakıda acınacaqlı vəziyyət: küçələr gölməçələrə çevrildi
Ötən gün yağan intensiv yağış paytaxt küçələrində xoşagəlməz görüntülərin ortaya çıxmasına səbəb olub. Yerli KİV bildirir ki, sürücülər su ilə dolan yollarda çətinliklə hərəkət edib. Xüsusilə, Binəqədi yolunda yağış sularının yaratdığı böyük gölməçələr sürücülərə paytaxt küçələrində əsl adrenalin yaşadıb.
Aşura günü qanvermə aksiyası keçirilməsi üçün 17 yer ayrılıb
Oktyabrın 1-də Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək. İdarədən verilən məlumata görə, qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edəcək.
Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Mikayıl Cabbarov əmr verdi
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub. Məlumata görə, o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.
Nazir müavini: "Gələn il ölkədə icbari tibbi sığortanın sahəsi genişlənəcək"
Azərbaycanda illik icbari tibbi sığortanın xidmət haqqı ilə bağlı məsələyə baxılır. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu məsələ hələ də müzakirə olunur. 2016-cı ildən səhiyyə islahatlarının vacib hissəsi olan icbari tibbi sığortanın pilot layihələrinin tətbiqinə başlandığını xatırladan nazir müavini qeyd edib ki, Mingəçevir şəhəri və Yevlax rayonunda icra olunan icbari tibbi sığortanın gələn il sahəsi genişlənəcək.
Yağış davam edəcək, külək əsəcək
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Abşeronda 2 piyadanı avtomobil vurub
Abşeron yayonunda iki piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 27-də saat 20.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kənan Şirinov idarə etdiyi “Ford” markalı mikroavtobusla yolu keçən qəsəbə sakini Elşən Əsgərovu vurub.














