Sosial
Nazir həmkarı ilə görüşdü
Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə rəsmi səfərdə olan Belarusiya Respublikasının səhiyyə naziri Malaşko Valeriy Anatoliyevici və nümayəndə heyətini qəbul edib. Olaylar bildirir ki, Səhiyyə Nazirliyində baş tutan görüşdə ilk olaraq belarusiyalı nazir səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirib. Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurla inkişaf etdiyi vurğulandı.
Nazir vətəndaşları dinlədi
Sentyabrın 28 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarının vətəndaşlarını qəbul edib. Olaylar bildirir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Bölgələrdə işığa görə borcların ödənilməsi qaydası dəyişdi
Bölgələrdə poçtlar vasitəsilə ödənilən elektrik enerjisinə görə borclar bundan sonra terminallarda ödəniləcək. Bu barədə Mil-Muğan bürosu məlumat yayıb.
Elsevər Ağayev: "Azərbaycanda 70-ə yaxın dövlət tibb müəssisəsi publik hüquqi şəxs olacaq"
Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək. Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Bu şəxsləri dini təsir altına salmaq mümkün olmur
"Qurani-Kərim"i diqqətlə oxuyanları dini təsir altına salmaq mümkün olmur. Əfsuslar olsun ki, bu gün bəzi qadınlar "məscid" dedikdə dəfni, "qara paltar" dedikdə din başa düşürlər. Bəzi qadınların dini bilik səviyyəsi çox aşağıdır. Qadın uşaq tərbiyə edir, onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür.
QMİ: Bu, əvvəllər məscidlərdə gizli həyata keçirilirdi
Bu ildən başlayaraq, mərkəzi məscidlərdə Quran kursları açılıb. Bu, əvvəllər məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə bu, qanuni olacaq. Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin 1-ci müavini Salman Musayev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.
Qaradağlı ATV-dən görün nələri APARMAQ İSTƏYİRMİŞ
Tanınmış porno ulduz azərbaycanlı olduğunu iddia edir - FOTO
Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə tədbir keçirildi
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” adlı mühazirə keçirilib. Səfirlikdən Olaylar – a bildirilib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi qonaqları salamladıqdan sonra Misirlə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafından danışaraq bu əlaqələrin daha da genişlənməsi üçün aparılan işlər barədə məlumat verdi.
Miqrasiya Xidməti regionlarda maarifləndirmə tədbiri keçirir
Dövlət Miqrasiya Xidməti Ağsuda “Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları” mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. “OLAYLAR”-ın xəərinə görə, tədbirdə ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb.
“Azəravtoyol” təkzib etdi
“Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu “Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib”.
Mübariz Qurbanlı: "Əminəm ki, İmam Hüseyn əzadarlığı dinimizə uyğun olacaq"
"Məhərrəm ayı başlayandan Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmayan hərəkət qeydə alınmayıb". Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, İdarəsinin fətvasında ay ərzində keçiriləcək tədbirlərlə bağlı bütün məsələlər qeyd olunub: "Əminəm ki, bu ay heç bir insident qeydə alınmayacaq. İmam Hüseyn əzadarlığı dinimizə uyğun keçiriləcək".
Tanınmış müğənninin oğlunun VƏZİYYƏTİ AĞIRDIR: kəllə sümüyü çıxarıldı
Azər Tağıyev kollegiya sədrliyindən getdi
Uzun illərdən bəri Vəkillər Kollegiyasına rəhbərlik edən Azər Tağıyev sədrlikdən kənarlaşdırılıb. Məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 sentyabr 2017-ci il tarixli iclasında Azər Tağıyev istefa ərizəsini təqdim edib. Səsvermə yolu ilə sədlikdən kənarlaşdırılan Azər Tağıyevin səlahiyyətləri onun 68 yaşlı müavini Fərhad Nəcəfova verilib.
Sumqayıtda iki silahlı şəxs insanlara və polisə HÜCUM ETDİ: yaralı var - VİDEO (YENİLƏNDİ)
Sumqayıtda silahlı şəxs insanlara hücum edib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumatda fakt təsdiqlənib. Bildirilib ki, dünən saat 18 radələrindən iki nəfər sərxoş şəxs asayişi pozub, xuliqanlıq edib. Polis isə müdaxilə etmək istəyəndə, həmin şəxslər polisin əmrinə tabe olmayıblar. Ona görə də mübahisə yaranıb. Lakin hadisə nəticəsində polis əməkdaşları yaralanmayıb.






.jpg)





.jpg)

