Sosial

Vüsal Quliyev: “Dövlət QHT-lərin inkişafı üçün hər cür şərait yaradıb”

28 Sentyabr 2017 11:25

Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində keçirilən “QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda bildirib.

Bir qrup yazıçı Biləsüvarda məcburi köçkünlərlə görüşüb

28 Sentyabr 2017 11:11

Sentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsüvar) “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ 2” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələrilə görüş keçirilib.

Stadiondan çıxan tamaşaçıların daşınması tam şəkildə başa çatdırılıb

28 Sentyabr 2017 11:09

“Bəzi informasiya saytlarının "BNA verdiyi vədə əməl etmədi" başlıqlı yazısı həqiqətə uyğun olmayan yalnış iddiadır. Həmin yazıda təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib.

Azərbaycan, Türkiyə və Gürcüstan rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirib

28 Sentyabr 2017 11:07

Cənab Prezidentin tapşırığına əsasən sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilib. “OLAYLAR”-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Uşaqları payız xəstəliklərindən qoruyun - Bəzi viruslar hətta öldürə bilər

28 Sentyabr 2017 10:59

Davamlı müşahidə edilən isti hava şəraitindən sonra sentyabrın sonlarında havaların qəfildən soyuması insanlar, xüsusilə uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyalarının yayılmasına şərait yaradır.

Dərman preparatlarını gömrük nəzarətindən gizlətmək cəhdi alınmadı

28 Sentyabr 2017 10:56

Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu fakt idarənin "Mazımçay" gömrük postunda Azərbaycana idxal gömrük proseduru altında yük gətirən Türkiyə vətəndaşı Turan İsmail Ali oğlunun idarə etdiyi "DAF" markalı, TR032TR/AA078C qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qeydə alınıb.

Qarın hündürlüyü Xınalıqda 13 sm olub

28 Sentyabr 2017 10:51

Sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.

Geomaqnit qasırğasının səviyyəsi yüksəldi

28 Sentyabr 2017 10:46

Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib.  Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək.

Azərbaycana ilk qar yağdı - FOTO

28 Sentyabr 2017 09:18