Məktəblilərin payız tətilinin vaxtı açıqlandı

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi"nə əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2017-2018-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00