Sosial

Məktəb idarəetməsi mövzusunda beynəlxalq seminar keçirilib

28 Sentyabr 2017 16:02

Sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar işə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Rumıniya, Sloveniya, Çexiya Təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Cristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər. İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir. 

MM-in  payız sessiyasının qanunvericilik işlər planı dəqiqləşdi  

28 Sentyabr 2017 16:00

Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı məlum olub. Bu barədə Milli Məclisdən verilən məlumata görə, payız sessiyasının qanunvericilik işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstituasiya qanununun layihələri, eləcə də Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir. Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriləcək. İclasın gündəliyinə 34 məsələ daxil edilib.

Dövlət Komitəsi: Azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün tədbirlər gücləndirilib

28 Sentyabr 2017 15:56

“Azyaşlı qızların cinsi zorakılığa məruz qalması problemi dünyada aktualdır. Azərbaycanda cinsi zorakılığa məruz qalan azyaşlı qızların sayı çox deyil, lakin yox da deyil. Dinamikada bəzən azalma, bəzən də qalxma müşahidə olunur. Təəssüf ki, faktlar az da olsa, qeydə alınır”. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. O bildirib ki, Azərbaycanda azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün preventiv tədbirlər gücləndirilib: “Komitənin “Mən həyatı seçirəm” layihəsi çərçivəsində biz yuxarı sinif şagirdləri və onların valideynləri ilə həm sosioloji, həm də psixoloji məsələlərlə, eləcə də valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməsi ilə bağlı təlimlər keçirmişik. Təlim zamanı biz bu nəticəni özümüz üçün müəyyənləşdirdik: Valideyn bir çox məsələlərlə bağlı zamanı qabaqlamalı, övladı ilə daha sıx ünsiyyətdə olmalıdır. Digər nəticəmiz isə bundan ibarət oldu: Valideynlərin özlərinin də maariflənməsinə ciddi ehtiyac var. Bax biz bu sahədə işləri daha da gücləndirmişik”.

Məleykə Abbaszadədən yazı işlərinin yoxlanılması ilə bağlı AÇIQLAMA

28 Sentyabr 2017 15:33

Bu il IX siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında "e-markinq" sistemindən itifadə edilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, səsləndirilən fikirlərə əsasən, yazı işlərinin yoxlanılması zamanı 2 subyektivlik ola bilər: "Birincisi yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasının ola bilməsi ilə bağlıdır".

"Neft Daşları” yatağında yeni quyu istismara verilib

28 Sentyabr 2017 15:21

“Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2663 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1090-1086 metr intervaldan sutkalıq 10 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Bakı WBC-nin 55-ci Dünya Konvensiyasına ev sahibliyi edəcək 

28 Sentyabr 2017 15:19

Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-)   55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəərə görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən   500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək. Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov,  Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.

Bakı WBC-nin 55-ci Dünya Konvensiyasına ev sahibliyi edəcək 

28 Sentyabr 2017 15:19

Gənclər və İdman Nazirliyində 2 Oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-)   55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəərə görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/ Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən   500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək. Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov,  Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.

Fırıldaqçı şirkətlərin məsuliyyətdən yayınmaq yolları

28 Sentyabr 2017 15:19

Son zamanlar hüquqi şəxslərin ləğv edilməsi, yaxud müflis elan edilməsi hallarına daha tez-tez rast gəlinir. Daha çox tikinti şirkətləri ilə bağlı olan bu məsələnin ziyanını vətəndaşlar çəkməli olurlar. Belə ki, adətən maliyyə fırıldağı üzə çıxan firma və şirkətlər bu metoddan istifadə etməklə məsuliyyətdən yayınmağa çalışırlar. Bəs, əslində hüquqi şəxslər hansı hallarda ləğv edilə bilər?  Əvvala qeyd edək ki, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

DİN: Dövriyyədən 10 kiloqramdan çox narkotik vasitə çıxarılıb

28 Sentyabr 2017 15:15

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb.Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Qadınlara qarşı zorakılıq aktual bəşəri problemdir

28 Sentyabr 2017 15:07

Qadın, cəmiyyətlərin sağlam ictimai şüurla ərsəyə gəlməsində mühüm pay sahibi olmaqla, demoqrafik inkişaf və tərəqqi mənbəyidir. Lakin dəyərli olan bu şüur sahibləri zərifliklərinə görə, ən çox da dini-mifoloji amillərin təsiri nəticəsində əsrlər boyu zorakılıqlara, qeyri-hüquqi şəraitə və məhdud imkanlara məhkum edilib.

Valideyndən məcburi aliment hansı qaydada tutulur?

28 Sentyabr 2017 15:01

Azərbaycanda boşanma hallarının artması ilə paralel alimentdən yayınma hallarının da çoxalması müşahidə olunur. Sözün həqiqi mənasında hazırki şəraitdə aliment ödənilməsi  ən problemli məsələlərdən hesab olunur. Qeyri-rəsmi statistikaya görə, hazırda məhkəmlər tərəfidən baxılan ümumi işlərin üçdə biri alimentlə bağlıdır. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, valideyinlik hissini itirmiş  insanlar müxtəlf bəhanələrlə üzərlərinə düşən vəzifəni icra etməkdən yayınırlar.

Azərbaycanla İran Xəzərdə birgə enerji layihələrinə hazırlaşır

28 Sentyabr 2017 14:35

Azərbaycanla İran Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə danışıqlar aparıblar.  İranın Milli Neft Şirkətinin (NIOC) verdiyi məlumata görə, idarəedici direktor Möhsün Delavirin başçılığı ilə KEPCO (Khazar Exploration and Production Company) şirkətinin nümayəndə heyəti Rövnəq Abdullayevin dəvəti ilə Bakıya gələrək SOCAR rəhbərliyi ilə danışıqlar aparıb.

Azərbaycan musiqisi Niderlandda tanıdılır 

28 Sentyabr 2017 14:23

Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Bakıxanovun musiqi əsərlərini Hollandiyanın Haaqa və Groningen konservatoriyalarına təqdim edib. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, cəmiyyətin sədri Frəngiz Bağırova bildirib ki, Azərbaycan musiqini yerli musiqi ictimaiyyətinə tanıtmaq və təbliğ etmək məqsədilə T.Bakixanovun orkestr, fleyta və piano üçün əsərləri Hollandiyanın iki ən böyük musiqi ocağına verilib. Onun sözlərinə gorə, Azərbaycanın görkəmli bəstəkarının əsərləri böyük maraqla qarşılayan Haaqa və Groningen konservatoriyalarının rəhbərliyi Tofiq Bakıxanova təşəkkür məktubu ünvanlayıblar.

Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolundan danışılacaq

28 Sentyabr 2017 14:22

Sentyabrın 29-da Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) Təhsil Nazirliyi ilə birgə “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirəcək.