Sosial

Azərbaycan Çinə şərab ixrac edəcək

15 Oktyabr 2017 11:39

Çin Azərbaycanın qeyri-neft məhsulunun ixracı üçün əsas hədəf bazarıdır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, hazırda doqquz Azərbaycan şirkəti Çinə şərab ixracı barədə saziş imzalayıb: "Təsadüfi deyil ki, biz Honkonqda şərab məhsulları sərgisində iştirak etdik və artıq Çinə iki ixrac missiyası göndərmişik.

Azərbaycanda bu sahədə xidmət göstərənlərə medal veriləcək

15 Oktyabr 2017 11:37

Azərbaycanda yeni medal təsis olunur. “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcək.

Litvalı müxbirlər Cocuq Mərcanlıda 

14 Oktyabr 2017 22:44

Litvanın “Lietuvos jinios” qəzetinin müxbiri Aidanas Praleika və fotoqraf Romualdas Jurgaitis Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.  Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər.

Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb

14 Oktyabr 2017 22:40

Azərbaycanda “Equpy” adlı yeni sosial şəbəkə fəaliyyətə başlayıb. Bu barədə “Report”a “Equpy” sosial şəbəkəsinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir.

Azərbaycanda at əti satışının qarşısı alındı

14 Oktyabr 2017 19:48

Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb. Keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.