Sosial
Avtomobillərin nömrəsi belə hazırlanır - DYP həmin otağı nümayiş etdirdi-VIDEO
`Adriana ilə yan-yana olsaq, kişilər ondan çox mənə baxar` - Tanınmış müğənni - FOTO
"Maşın"dan kənarlaşdırılan İlqar Mikayıloğludan gözlənilməz reaksiya:"Mən Xatunu..."
"Maşın"da "arxadan zərbə" - Xatun rəqibin adını çəkmədən onu “vurdu” - VİDEO - FOTO
Millət vəkili özündən 28 yaş kiçik katibəsi ilə evləndi
Maral Tahirqızı həbsdən çıxdı (YENİLƏNDİ)
Oğul 77 yaşlı anasını zorladı - Bakıda daha bir DƏHŞƏT
Təhsil işçilərinin sosial vəziyyəti yaxşılaşdırılacaq
Məktəbəqədər təhsildə əsas çətinliklərdən biri də motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmamasıdır. Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Qeyd olunur ki, məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramının hazırlanması nəzərdə tutulsa da, yalnız məktəbəhazırlıq məsələləri ilə bağlı dövlət proqramı hazırlanıb. Yüksək ixtisaslı pedaqoqların hazırlanması istiqamətində işlər sürətləndirilə və məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramı hazırlana bilər.
MEK İƏT dövlətlərinin Mədəniyyət İnstitutu Kitabxanasına xüsusi ədəbiyyat təqdim edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət ünvanlanıb. Müraciətdə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyətlərinin təbliği, mədəni inteqrasiyasının, eyni zamanda mənəvi əlaqələrin gücləndirilməsi məqsədilə Mədəniyyət İnstitutu nəzdində xüsusi kitabxananın təsis edilməsi və üzv dövlətlər arasında Mədəniyyət İnstitutu Kitabxanalarının (MİK) inkişafına xidmət edə biləcək sənədlərin mübadiləsi fikri səsləndirilib. Olaylar bildirir ki, təklifi müsbət qiymətləndirən AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA elmi müəssisələrinin iştirakı ilə müxtəlif elm sahələri üzrə ədəbiyyat hazırlayaraq İƏT-ə üzv dövlətlərin MİK-nə çatdırmaq üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri və İƏT-in Daimi Nümayəndələr Şurasında daimi nümayəndəsi cənab Bünyad Hüseynova təqdim edib.
Türkoloq alim Gənclər Klubunun üzvləri ilə görüşdü
Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində filologiya üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısı Güllü Yoloğlu Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri və kollec tələbələri ilə görüşüb. Olaylar bildirir ki, tədbiri giriş sözü ilə Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva açaraq, Gənclər Klubu haqqında məlumat verib, gənc tarixçilərin mühazirə və elmi seminarlarda, müzakirələr və elmi turlarda fəal iştirakı barədə danışıb.
Çin döyüş sənəti üzrə master-klass keçirilib
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Tai chi chuan” - ənənəvi Çin döyüş sənəti və müxtəlif sağlamlıq gimnastikası üzrə master-klass keçirilib. Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan “Tai chi chuan” sənətinin ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal bir sistemi olmasından bəhs edib.
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzaları yüngülləşdirilir. Amma bu xətaya görə əlavə cəza növü olan azadlığın məhdudlaşdırılmasının tətbiqi təklif edilir. Bəzi şəxslər isə qoluna taxılan elektron qolbaqla izlənəcək. Kredit borcuna görə 3 il həbs cəzasının 2 ilə endirilməsi təklif edilir. Kredit borclarını qəsdən ödəmiyənlər üçün azadlıqdan məhrum etmə cəzası yüngülləşdirlir.
Bütün dünyanı çaş-baş salan ayaqqabı - Hərə bir rəngdə görür
Bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılan qadın geyiminin hansı rəng olduğuna dair müzakirələr gündəmi zəbt etmişdi. İndi də bu ayaqqabılar...
Qadın və kişi arasında BİLMƏDİYİMİZ— 30 FAKT
Qadın hər zaman tapmaca sayılıb. Bu gün kişi və qadın bədəni arasındakı tibb elminin aşkar etdiyi fərqləri sadalayacaqlar.







.jpg)






