Maral Tahirqızı həbsdən çıxdı (YENİLƏNDİ)

Həbsdən çıxan müğənni Maral Tahir qızı feysbuk hesabında status paylaşaraq, sevənlərini salamlayıb: "Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara ürək dolusu sevgilərimi göndərirəm".

***

Müğənni Maral Tahirqızı həbsdən çıxıb.

2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb.

O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb. (lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00