Sosial
Bu bitkilər evinizin havasını təmizləyəcək – SİYAHI
Bir çoxlarımız dibçəklərə müxtəlif güllər əkərək, evdə onlara qulluq etməyi xoşlayırıq. Ailem.az qulluğu və yetişdirilməsi asan olan, həmçinin evin havasını təravətləndirib, karbon monoksid kimi zərərəli qazlardan təmizləyən faydalı çiçəklərin siyahısını verir.
Saçları gücləndirən və gözəlləşdirən MASKA
Bütün saç tiplərinin istifadə edə biləcəyi, xüsusilə quru, yıpranmış saçlar üçün faydalıdır. Bu maska ilə saç dəriniz sağlam olacaq və saçlarınız güclənəcək. İki yemək qaşığı qatığı bir kasaya qoyun. Bir yemək qaşığı bal ilə bir yemək qaşığı zeytun yağını azacıq isidin. Bu qarşıma kasadakı qatığı əlavə edin və yaxşı qarışdırın. Maskanı saçınıza ucdan dibə doğru vurun. Saç dərinizə masaj etməyi unutmayın. 30 dəqiqə gözlədikdən sonra durulayın.
Cinsi həyata mənfi təsir edən 4 QİDA
Gündəlik həyatımızda çox istifadə etdiyimiz bəzi qidalar cinsi həyatımıza mənfi təsir edir. Hətta bu qidalar irəliləyən zamanlarda cinsi həyatımızı bitirmə nöqtəsinə belə gətirib çıxara bilər. Ailem.az cinsi həyata mənfi təsir göstərən qidaları sadalayır.
Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib
Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib.
Polis Gəncədə itkin düşən qadınla 3 yaşlı oğlunu axtarır
Bu il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və qayıtmayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.
Bakıda DƏHŞƏTLİ QƏZA: Betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı
Bir qədər əvvəl metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın "VAZ 2107" markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olması dəqiqləşdirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Nazirdən diaspor rəhbərinə təbrik
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbərinə təbrik məktubu yazıb. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki. Assambleyanın “AZE Nakhchivan” SK futbol klubu təşəbbüsünü alqışladığını, bu addımın millət və dövlət qarşısında yüksək bir xidmət olduğunu məktubda qeyd edib. Naxçıvan rəhbərliyinin klubun yaradılma ideyasının, həmçinin klubun nəzdində Naxçıvan muzeyi üçün lazım olan texniki ləvazimatların göndərildiyini də bildirib.
Frankfurtda Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində hər il olduğu kimi, bu il də Azərbaycan təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərin diqqətinə təqdim edilib.
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir
Azərbaycanda kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzası yüngülləşdirilir, onlara qarşı yeni cəza növü tətbiq olunur. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinə dəyişiklik edilir.
Azərbaycanda dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olanlardan həbs cəzası ləğv olunur
Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlarla bağlı həbs cəzası ləğv olunur. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 200-1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinin 1-ci bəndinə dəyişiklik təklif edilir.
Müəllim və valideynlər qəbul edilib
Oktyabrın 13-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
BNA kobud qayda pozuntusu edən sürücünü cəzalandırdı
Məlum olduğu kimi, 13.10.2017 tarixində sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı videogörüntü yayılıb. Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin “OLAYLAR”-a ver diyi məlumata görə, müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib.
Plüralizm Azərbaycanın həyat tərzinə çevrilib
Artıq 20 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərir. Min bir əzab-əziyyət, qanlar bahasına əldə edilən bu müstəqillik ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində demokratik bir cəmiyyət kimi formalaşmasına, inkişaf etməsinə öz dəyərli töhfəsini verib. Ümumiyyətlə, müstəqilliyin ilk illərindən etibarən Azərbaycan bütün demokratik norma və prinsipləri özündə ehtiva edərək onların ölkədə inkişaf etdirilməsi, təmin olunması istiqamətində çalışıb, addımlar atıb. Elə günümüzdə də Azərbaycan öz ənənəsinə sadiq qalaraq demokratik adət-ənənələr, prinsiplərin ölkədə inkişaf etməsi, bu prinsiplərə əməl olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müvafiq addımlar atır. Hər kəsə məlumdur ki, demokratik cəmiyyətlərə xas olan xüsusiyyətlərdən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmdir.
20 yaşlı qız özünü 18-ci mərtəbədən atdı
Bakıda 20 yaşlı qız intihar edib. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 20 yaşlı Diana Abbasova özünü yaşadığı çoxmərtəbəli binanın 18-ci mərtəbəsindən yerə ataraq intihar edib.
Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?
"Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir". Bunu "Bakcell" şirkətinin icraçı direktoru Nikolay Bekers deyib. Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də simsiz rabitədən istifadə ounur: "Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər".














