Sosial
Millət vəkilinin ailəsindəki faciənin TƏFƏRRÜATI
Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub. Məlumata görə, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub.
İcra başçısı evində bənnalıq etdi — FOTOLAR
Baş ağrıları, halsızlığa SON - Sabahdan maqnit qasırğası səngiyəcək
Sabahdan etibarən geomaqnit qasırğası səngiyəcək. Məlumata görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Dərman vasitələri yeni qaydalarla idxal ediləcək
Azərbaycanda dərman bazarına nəzarəti daha da gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək üçün yeni sənədlər hazırlanır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən cavab olaraq bildirilib ki, "Bioloji aktiv əlavələrin ekspertizadan keçirilməsi qaydaları" artıq hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda isə "Dərman vasitələrinin idxalına icazənin verilməsi qaydaları" hazırlanır.
Bakıda gömrükçülər həbs edildi – ARALARINDA DEPUTATIN QOHUMU DA VAR
Qazaxıstanda 7-ci Beynəlxalq Türkoloji Konqres keçiriləcək
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologjiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar Yol Polisi sürücülərə müraciət etdi
Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, BDYPİ sürücülərin nəzərinə çatdırır ki, havaların dəyişməsi və ümumilikdə qış mövsümünə keçidlə əlaqədar istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də onların şinlərinə bir daha diqqət yetirilməli, yağışların tez-tez yağması nəticəsində yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması nəzərə alınaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verilməməlidir.
Mehriban Əliyeva oğlu üçün şam yeməyi hazırladı - FOTO
Ləhcə ilə danışan şəxsləri cərimə gözləyir-VİDEO
Tibb Universiteti beynəlxalq Eduroam şəbəkəsinə qoşulub
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilmişdir. Olaylar bildirir ki, bu sahədə həyata keçirilən islahatlara dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.
Hacıqabulda "Prado" aşdı - Xəsarət alanlar var
Şamaxıda 10-cu sinif şagirdi özünü asıb
Şamaxı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib.
Zəlzələ - MİNGƏÇEVİRDƏ
Mingəçevir rayonunda 3.3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla 15:38-də baş verib.














