Qazaxıstanda 7-ci Beynəlxalq Türkoloji Konqres keçiriləcək

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologjiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologjiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb. Bu barədə "OLAYLAR" -a məlumat verən Faiq Ələkbərli bildirib ki, "Təhlükədəki Türk dilləri" mövzusuna həsr edilmiş Beynəlxalq konfransda Azərbaycanı o təmsil edəcəkdir. Azərbaycan alimi Konqresdə "Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)" mövzusunda məruzə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31