Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb
Azərbaycanda “Equpy” adlı yeni sosial şəbəkə fəaliyyətə başlayıb. Bu barədə “Report”a “Equpy” sosial şəbəkəsinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir.
14 Oktyabr 2017 22:40 SosialAzərbaycanda "Equpy" adlı yeni sosial şəbəkə fəaliyyətə başlayıb.
Bu barədə "Report"a "Equpy" sosial şəbəkəsinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir.
İstifadəçilər qeydiyyatdan keçərək öz şəxsi hesablarını yaradır və dostlarla və tanışlarla əlaqədə olma (yazılı, səsli və görüntülü mesajlaşma), qruplar və səhifələr yaratma və ya digərlərinə qoşula bilmə, tədbirlər yaratma, digər tədbirləri görmə və qoşula bilmə, oyunlar, filmlər, elanlar yaratma, digər istifadəçilərinin elanlarını görmə və alış-veriş edə bilmək və digər yüzlərlə funksiyalardan istifadə hüququna sahib olurlar. A24.Az