Sosial

Bügünkü isti hava iqlim normasından aşağıdır - NAZİRLİK

3 Noyabr 2017 15:56

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Vətəndaş cəmiyyətlərinin dövlət idarəçiliyinə cəlb edilməsi siyasi plüralizmin göstəricisidir

3 Noyabr 2017 15:51

Sirr deyil ki, ölkədə siyasi plüralizmin bariz göstəricisi hesab olunan vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır. Müstəqil Azərbaycanın inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni vətəndaş cəmiyyətlərinin meydana gəlməsi və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. O da etiraf edilməlidir ki, artıq vətəndaş cəmiyyətləri ölkənin siyasi, iqtisadi və sosil həyatında önəmli rol oynayır.

Növbəti əfv sərəncamı nə vaxt olacaq?

3 Noyabr 2017 15:35

"Ümid edirəm ki, bu ilin sonuna qədər əfv sərəncamı imzalanacaq". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Bakı Baş Polis İdarəsi Müsavat Partiyasına xəbərdarlıq etdi

3 Noyabr 2017 15:23

Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib. Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.

Seyidağa Onullahinin kitabları MEK- ə hədiyyə edildi

3 Noyabr 2017 14:51

AMEA Mərkəzi Elmi Kitabxanasının  təşkilatçılığı ilə tanınmış tarixçi alim Seyidağa Onullahinin ailəsi tərəfindən MEK-ə hədiyyə edilmiş kitab kolleksiyasının təqdimatı keçirilib. Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü MEK-də ənənəvi olaraq keçirilən kolleksiya təqdimatlarının önəminə xüsusi diqqət çəkib. Seyidağa Onullahinin şəxsi kitab kolleksiyasından seçmələri MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Reyhan Məmmədova təqdim edib.

"Qoca"nın anası Fədayə Laçından danışdı...

3 Noyabr 2017 14:48

Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub. Hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib. Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər.

Notarius olmaq istəyənlər noyabrın 25-də imtahan verəcəklər

3 Noyabr 2017 14:46

Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərini təqdim etmiş və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüterdən istifadə olunmaqla noyabr ayının 25-də saat 11.00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (əvvəlki Bakı Asiya Universiteti) keçiriləcək.

Xüsusi tapşırıqlar üzrə səfir tələbələrlə görüşdü

3 Noyabr 2017 14:44

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin  Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Dillər Universitetində həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, səfir tələbələrə diplomatiya anlayışı haqqında danışıb. Bəzi tədqiqatçıların fikirlərinə görə, diplomatiyanın ən qədim peşələrdən biri olduğunu deyən F.Qurbanov öz mühazirəsində müasir diplomatik təcrübə, dəyişikliklər və çağırışlardan bəhs edib. Səfir diplomatların peşə fəaliyyəti haqqında danışaraq bu peşəni seçən şəxslərin əsas vəzifəsinin daxili və xarici nümunələr əsasında mühüm məsələlərin araşdırılması və məlumatların məruzə edilməsi, bu haqda tövsiyələrin verilməsi olduğunu diqqətə çatdırıb.

Parlamentlərarası komissiyanın iclası keçirilib

3 Noyabr 2017 14:43

Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası keçirilib. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, tədbiri açan Milli Məclis sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri Valeh Ələsgərov ölkələrimizin və qanunverici orqanların əməkdaşlığının getdikcə daha da möhkəmləndiyini deyib.

Hava buludlu olacaq

3 Noyabr 2017 14:29

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 16-20° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Molla Pənah Vaqif İstanbulda anılacaq

3 Noyabr 2017 14:25

Noyabrın 4 – 5-də İstanbulda Beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgidə ölkəmizin İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə Molla Pənah Vaqifə həsr olunan tədbir olacaq.

Televiziya işçilərinin peşə günü qeyd olunacaq

3 Noyabr 2017 14:23

Noyabrın 3 – də Akademik Dram Teatrında bayram tədbiri təşkil olunacaq. Olaylar.az bildirir ki, tədbir Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibəti ilə təşkil olunur. Tədbirdə bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Vətəndaşların dövlət qarşısında hansı vəzifələri var?

3 Noyabr 2017 14:21

Cəmiyyət insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır.

Tahir Əkbərin bütün müalicə xərcləri qarşılanacaq - Mehriban Əliyeva tapşırıq verdi

3 Noyabr 2017 13:53

Millət vəkili Qənirə Paşayeva Tahir Əkbərin müalicə xərclərini Birinci vitse-prezident Mehriban Əliyevanın öz üzərinə götürdüyünü bildirib: "Bu gün baş həkimlə görüşdük. Tahir Əkbər hazırda danışa bilmir.

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — XAÇMAZ MƏKTƏBİNDƏ DAHA BİR QALMAQAL

3 Noyabr 2017 13:41

Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov sualları cavablandırıb.