Xüsusi tapşırıqlar üzrə səfir tələbələrlə görüşdü
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Dillər Universitetində həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, səfir tələbələrə diplomatiya anlayışı haqqında danışıb. Bəzi tədqiqatçıların fikirlərinə görə, diplomatiyanın ən qədim peşələrdən biri olduğunu deyən F.Qurbanov öz mühazirəsində müasir diplomatik təcrübə, dəyişikliklər və çağırışlardan bəhs edib. Səfir diplomatların peşə fəaliyyəti haqqında danışaraq bu peşəni seçən şəxslərin əsas vəzifəsinin daxili və xarici nümunələr əsasında mühüm məsələlərin araşdırılması və məlumatların məruzə edilməsi, bu haqda tövsiyələrin verilməsi olduğunu diqqətə çatdırıb.
3 Noyabr 2017 14:44 SosialAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Dillər Universitetində həyata keçirilən "Səfir saatı" layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.
Olaylar.az bildirir ki, səfir tələbələrə diplomatiya anlayışı haqqında danışıb. Bəzi tədqiqatçıların fikirlərinə görə, diplomatiyanın ən qədim peşələrdən biri olduğunu deyən F.Qurbanov öz mühazirəsində müasir diplomatik təcrübə, dəyişikliklər və çağırışlardan bəhs edib. Səfir diplomatların peşə fəaliyyəti haqqında danışaraq bu peşəni seçən şəxslərin əsas vəzifəsinin daxili və xarici nümunələr əsasında mühüm məsələlərin araşdırılması və məlumatların məruzə edilməsi, bu haqda tövsiyələrin verilməsi olduğunu diqqətə çatdırıb.
F.Qurbanov Azərbaycanın xarici siyasətində əsas rol oynayan coğrafi mövqeyindən söz açaraq ölkənin Rusiya və İran, Türkiyə və Mərkəzi Asiya ilə kəsişməsi haqqında müzakirələr aparıb. Səfir Azərbaycan diplomatiyasının müxtəlif metodları haqqında məlumat verərək bu gün ölkəmizin beynəlxalq və regional layihələrdə etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Sonda səfir F.Qurbanov ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb.