Sosial

Çinin məşhur bayramı - “Chuanyan”  

3 Noyabr 2017 19:33

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb.

Aprel şəhidlərinin xatirəsi yad edildi

3 Noyabr 2017 19:25

Azərbaycan Dillər Universitetində  Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi əsasında “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib. Tədbirin məqsədinin Aprel döyüşlərində şəhid olanların adlarının təbliği və əbədiləşdirilməsi olduğunu söyləyən S.Hüseynov hər bir vətəndaşın həyatını qəhrəman kimi yaşamasının, xalqına və dövlətinə sadiq vətəndaş kimi xidmət etməsinin zəruriliyini vurğulayıb.

Diş ağrısına görə XƏSTƏLİYİNİZDƏN XƏBƏRDAR OLUN

3 Noyabr 2017 19:21

Dişinizdə yaranan ən xırda problem belə orqanlarınızın fəaliyyətinə mənfi təsir edə bilər. Mütəxəssis stomatoloqlar yeni kəşflərilə bütün fikirləri öz üzərlərinə çəkməyə nail olublar. Bir qrup amerikalı həkimin fikrincə, ön 1-ci və 2-ci dişlərimiz böyrəklər və sidik kisəsi ilə birbaşa əlaqəlidir. Sıra ilə növbəti 3-cü alt-üst dişlər isə qaraciyərin fəaliyyəti ilə sıx bağlıdır. Növbədəki 4-cü və 5-ci dişlər ağcıyər və bağırsaq sistemi, 6-cı və 7-ci dişlərimiz öd kisəsi və mədəaltı vəzi ilə əlaqəlidir. Ağıl dişləri isə birbaşa ürək sinirləri ilə bağlıdır.

Saçlarınız pis uzanır və tökülürsə, bu TƏBİİ YAĞdan istifadə edin

3 Noyabr 2017 19:00

Ayıpəncəsi yağı saçlara təbii qulluq vasitələri arasında ən tanınmış, sınanmış və effektli vasitələrdən biridir. Ayıpəncəsi bitkisinin saçlara olan müsbət təsiri elmə də təsdiq olunub. Ayıpəncəsi bitkisinin ekstraktı və yağı bir çox şampun və saç üçün hazır maskaların tərkibinə daxil edilir.

Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi keçirilir

3 Noyabr 2017 18:39

Milli Azərbaycan Tarixi Muzeyində  (Bakı şəhəri, H.Z.Tağıyev küçəsi,4) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya də peşə təlimində olan gənclərin əl işlərindən ibarət “Duyğularımın rəngi” adlı sərgi keçirilir. On gün davam edəcək sərginin açılışında ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.

Təklikdən xilas olmaq istəyənlərə MƏSLƏHƏT

3 Noyabr 2017 18:35

Müasir dövrün ən çox yayılan sosial problemlərindən biri də təklikdir. Xüsusilə gənclər arasında təklik hallarına daha çox rast gəlinir. Lakin psixoloqlar bu məsələyə optimist yanaşırlar. Türkiyəli psixoloq İşıl Yenikaynak bildirir ki, ictimai əlaqələri nizamlı olan adamlar həyata qarşı optimist olurlar və təklik hissindən tamamilə xilas olma şansları yüksəkdir. Psixoloqun təklikdən xilas olmaq üçün verdiyi məsləhətləri təqdim edirik.

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub

3 Noyabr 2017 18:30

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub. Məlumata görə, Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru təyin olunub.

Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı bilindi

3 Noyabr 2017 17:28

Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı məlum olub. Məlumata görə, 2016-cı ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2015-ci ildə bu rəqəm 4, 2014-cü ildə 13, 2013-cü ildə isə 15 nəfər olub.

Oqtay Əsədov: Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır

3 Noyabr 2017 17:04

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ilə görüşüb.”Olaylar” xəbər verir ki, görüşdə gələcək əməkdaşlıq imkanları, münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan-Fransa əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır.

Bakı-Tbilisi-Qars dəmir yolunda Azərbaycan 1 milyard dollar əldə edəcək

3 Noyabr 2017 17:01

Noyabrın 3-də Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə “Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda maarifləndirici tədbir keçirilib. Olaylar.az bildirir ki, universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun ölkənin enerji siyasətinin mahiyyətinin ətraflı şəkildə əhaliyə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Sumqayıtda məktəb direktoru işdən çıxarıldı 

3 Noyabr 2017 16:23

Sumqayıtda məktəb direktoru vəzifəsindən azad olundu. Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoruBəhruz Ramazan oğlu Səlimxanov işdən azad edilib. Bununla bağlı Təhsil Naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərə baxış olub

3 Noyabr 2017 16:19

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub. 

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar” – PSİXOLOQDAN ÇAĞIRIŞ

3 Noyabr 2017 15:59

Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq. Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyniyir?! Bəs görəsən bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Doğrudanmı şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?