Sosial

Bakıda 17 yaşlı ərəb turist itkin düşdü

27 Mart 2018 17:30

Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb. Bu barədə səfirlikdən məlumat verilib.

Tələbələr miqrasiya məsələləri ilə bağlı maarifləndirilir

27 Mart 2018 17:21

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində  paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub. 

Şəkinin daha bir kəndinə təbii qaz verilib

27 Mart 2018 17:21

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Dini ekstremist fəaliyyətə görə 202 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilir

27 Mart 2018 17:03

Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb. Məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.

Təhsil İdarəsində beynəlxalq seminar keçirilib

27 Mart 2018 16:56

Martın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Keyfiyyətin təminatı–sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası" mövzusunda beynəlxalq seminar işə başlayıb.

“Türk Hava Yolları” Aqabaya birbaşa uçuşlara başlayıb

27 Mart 2018 16:55

Paytaxt ‘mmandan sonra Aqaba "Türk Hava Yolları" aviaşirkətinin İordaniya üzrə uçuşlar həyata keçirdiyi ikinci şəhər oldu “OLAYLAR” xəbər verir ki, bununla da aviaşirkətin uçduğu istiqamətlərin sayı 303-ə çatıb.

XƏBƏRDARLIQ: Şimşək çaxacaq, qar yağacaq

27 Mart 2018 16:54

Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Sabunçuda sonu görülməyən tıxac

27 Mart 2018 16:45

Bu gün səhər saatlarında  Maştağa – Koroğlu metrosu istiqamətində kilometrlərlə avtomobil  sıxlığı qeydə alınıb.

DİM-dən XƏBƏRDARLIQ - Satışda saxta nəşrlər var

27 Mart 2018 16:33

Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan “Abituriyent” jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər.

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub

27 Mart 2018 16:29

AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.

Bədəninzdəki vitamin çatışmazlığını göstərən 8 əlamət

27 Mart 2018 16:27

Vitamin çatışmazlığı probleminin son illərdə nisbətən azalmasına baxmayaq dünyanın bir çox ölkəsində milyonlarla insan hələ də vitamin çatışmazlığı problemindən əziyyət çəkir. Lakin bundan xilas olmanın yolu heç də əks təsirlərini bilmədiyiniz vitaminlərdən istifadə etmək deyildir.

Nazir vətəndaşları qəbul edəcək

27 Mart 2018 16:22

Martın 30 da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Ucar, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının sakinlərini qəbul edəcək. 

31 mart soyqırımı həqiqətləri mövzusunda dəyirmi masa

27 Mart 2018 16:23

Martın 27-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası, Fəlsəfə və İctimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.