Sosial

Bürclər – 28 mart

28 Mart 2018 06:14

Tanınmış jurnalistə Türkiyədə vəzifə verildi

27 Mart 2018 20:22

 Tanınmış jurnalist, xəbər aparıcı və Azərbaycan Uşaqlar birliyinin,uşaq sığınacağının keçmiş direktoru Vasif Akifli artıq Türkiyədə yaşıyır. Olaylar.az -a bu haqda açıqlama verən Vasif Akifli bildirib ki, Türkiyədə ona yeni vəzifə təklif olunub. Belə ki, keçmiş direktor ZG MEDYA, Kaana yapım reklam organizasyon ve dış ticaret LTD şirkətində  Uluslararası medya departmanı müdüri vezivəzifəsinə dəvət alıb. 

Kitab oxumaq insanı xeyirxah və nəcib edir

27 Mart 2018 19:06

Sən demə, ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb. “AH-onlayn” saytında yer alan xəbərdə deyilir ki, elmi eksperimentdə 4 min nəfər iştirak edib.

Yüksək kalorili səhər yeməyi arıqlamağa kömək edir

27 Mart 2018 18:53

Təl-Əviv Universitetindən olan tədqiqatçıların fikrincə, yüksəkkalorili səhər yeməyi piylənmədən və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin arıqlamasında kömək edir, diabetin əlamətlərini yüngülləşdirir və insulinə tələbatı azaldır.

Bədəni yaxşı formada saxlamaq istəyirsiniz?- Həftədə bir dəfə balıq yeyin!

27 Mart 2018 18:48

Balıq ən faydalı qida məhsullarından biridir. Sağlam həyat tərzi keçirən insanların əksəriyyəti belə hesab edir və bu barədə xeyli məlumata malikdirlər. Lakin elmi işçilər müəyyən ediblər ki, balıq ətindən həddindən artıq tez-tez istifadə etmək olmaz. “Apotheken Umschau” jurnalının səhifələrində Boston tədqiqatçılarının aşkar etdikləri faktlar dərc edilib. Məlum olub ki, bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək kifayətdir.

Anosmiya xəstəliyi nədir?

27 Mart 2018 18:43

Bakcell daha bir sosial layihəyə start verdi

27 Mart 2018 18:11

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Altı ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır.

Azərbaycanda təhsil işçilərinin əməkhaqqı artırıldı

27 Mart 2018 17:51

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edib.

Yeni Olimpiya İdman Kompleksinin tikintisinin təməli qoyuldu

27 Mart 2018 17:49

Bu gün Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi  olub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin  başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

27 Mart 2018 17:49

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.