31 mart soyqırımı həqiqətləri mövzusunda dəyirmi masa
Martın 27-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası, Fəlsəfə və İctimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
27 Mart 2018 16:23 SosialMartın 27-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası, Fəlsəfə və İctimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva XX əsrin əvvəllərinin Azərbaycan tarixində önəmli hadisələrlə zəngin olduğunu bildirib.
Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov "31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlər" adlı slayd təqdim edərək dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, 31 mart soyqırımının təbliğinin uzun illər gizli saxlanılan həqiqətlərin üzə çıxmasında vacib rolunun olduğunu deyib.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.