Hərracda 1 milyon dollara unitaz, 660 min dollara ayaqqabı və daha 8 əcaib əşya- FOTOLAR

Ən adi əşya aid olduğu adama görə hərraclarda çox baha qiymətə satıla bilər. Gündəlik həyatımızda belə hadisələrin şahidi oluruq. Maraqlı hərrac nümunələrini təqdim edirik:

Britni Spirsin hamiləlik testi hərracda 5001 dollara satılıb.

Bəzi məlumatlara görə, Britninin hamiləlik testi Los- Ancelesdə əri ilə qaldığı oteldə tapılıb. Bu unikal tapıntı hətta hamiləlik testinin məşhur ulduza aid olub-olmaması yoxlanılmadan belə hərracda $ 5 001 dollara satılıb.

Odri Hepbernin geyimi 270 000 avroya satılıb.

Kerri Taylor Hərrac evində aktrisanın "Milyonun oğurlanması" filmində geymiş olduğu qara krujeva geyim bir alıcı tərəfindən bu qiymətə alınıb.

Con Lennonun dişi 31200 dollara satılıb.

Çox uzaq keçmişdə Con Lennon tanınmağa başlayarkən dişini çəkdirir və həkim bu dişi saxlamağa qərar verir. İllər sonra onun dişi Omega Hərrac evində 31200 dollara Kanadalı dantist Maykl Zuka satılır.

Film qəhrəmanı Dorotinin ayaqqabıları 660000 dollara satılıb.

"Oz ölkəsinin sehrbazı" filmində Cudi Qarlendin geymiş olduğu qırmızı tuflilər Hollivudun suvenir mağazası tərəfindən 660000 dollara alınıb.

40000 dollarlıq Supermen geyimi

1978-ci ildə ilk dəfə ekranlara çıxmış "Supermen" filminin qəhrəmanı Kristofer Rivin geydiyi supermen geyimi 2017-ci ildə 40000 dollara satılıb.

Maykl Ceksonun 350000 dollarlıq əlcəyi

Pop kralının1983-cü ildə məşhur "Ay rəqsi" ilə səhnəyə çıxarkən sol əlinə geydiyi parıltılı ağ əlcəyi Honkonq sakini Hoffman Ma tərəfindən 350 000 dollara satın alınıb.

Şahzadə Diananın geyimi 510 000 dollara satılıb.

Şahzadə Diananın geyimlərinin satıldığı hərracda onun tünd göy rəngli donu ən baha qiymətə satılan əlbisə olub. Bu geyimdə o, Hollivud Ulduzu Con Travolta ilə Ağ Evdəki qəbulda rəqs etmişdi. Bu rəqsdən sonra Travolta daha çox şöhrət qazanmağa başlamışdı. Bu məxmər donun uğur gətirəcəyinə inanan alıcı onu 350000 dollara almışdı.

Kan Uestin konsertində hava ilə doldurulmuş paket - 60100 dollar!

Bu paket eBay hərracında müğənninin fanatlarından biri tərəfindən satışa çıxarılıb. Satıcı bildirib ki, paketi Kan Uestin konsertinin keçirildiyi vaxt konsert havası ilə doldurub və onu başlanğıc qiyməti 5 dollardan hərraca çıxarıb. Tezliklə alıcılar hava paketi uğrunda savaşa başlayıblar və qiymət 60 100 dollara qədər yüksəlib.

Elvis Preslinin kirli alt paltarı - 10000 dollara

Rok-n-roll kralının 1977-ci ildə verdiyi konsert zamanı geydiyi ağ alt paltarı üzərindəki sarı ləkəyə baxmayaraq 10000 dollara alıcı tapıb.

Məşhur yazıçı Cerom Selincerin unitazı 1 milyon dollara hərraca çıxarılıb.

eBay-da hərraca çıxarılan unitazı satan şəxs bildirib ki, bu unitazı yazıçıya məxsus olan köhnə evdən çıxarıb. Hərracın necə nəticələnməsi barədə məlumat yoxdur.

Bəs sizin əlinizdə imkan olsaydı, nəyi almağa çalışardınız?

Bizimyolinfo.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31