Sosial
Stilist Anar bu dəfə 60 yaşlı aktrisanın imicini dəyişdi
Stilist Anar Ağakişiyev azərbaycanlı məhşurların imicini dəyişməkdə davam edir. Məlumata görə, imic ustası bu dəfə əməkdar artist Nübar Novruzovanın imicini dəyişib. 60 yaşlı aktrisanın yeni görünüşü sosial şəbəkədə maraqla qarşılanıb.
Lalə Azərtaş "ATV səhər"dən getdi
Aparıcı Lalə Azərtaş "ATV səhər” verilişindən gedib. Artıq bir neçə gündür ki, səhər saat 08:00-da başlayan proqramda o, yer almır. Onun yerinə isə verilişi əməkdar artist Əkbər Əlizadə ilə birlikdə Jalə Həsənli aparır.
Litvada Qarabağ mövzusunda əsərlər nəşr edilib
Azərbaycan yazıçısı, dramaturq və publisisti Elçin Hüseynbəylinin “Boz eşşəyin məktubları” adlı seçilmiş hekayələr toplusu Vilnüsdə litvaca nəşr olunub. Kitaba müəllifin 1998-2014-cü illərdə yazdığı 16 hekayəsi salınıb. Bunlardan altısı - “Boz eşşəyin məktubları”, “Gözünə gün düşür”, „İlk öpüş“, “Şimallı gəlin”, “Qocanın axdığı gün”, “Qaracanın qara başı” - Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.
Regionların sosial-iqtisadi inkişafı proqramları bölgələrdə infrastrukturun yenilənməsini təmin edib
2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb. Nəticədə minlərlə yeni iş yerləri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasının dəyişməsilə bərabər, əhalinin rifah halının yüksəlməsinə, sosial problemlərin həllinə rəvac verib.
Toz-dumanlı havanın səhhətimiz üçün TƏHLÜKƏSİ var?
"Azərbaycanda son 10 il ərzində ölkə ərazisinə toz-dumanların daxilolma intensivliyi ən azı 2 dəfə artıb". Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Bakıda insanları problemlər dərəsinə salan “Dərəçiçək” MTK
Ülviyyə Şamilqızının meyiti üzərində aparılan tibbi ekspertizanın yekun rəyi açıqlandı
Rusiyanın Həştərxan şəhərində avtomobil qəzasında ölən azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) meyiti üzərində aparılan tibbi ekspertizanın yekun rəyi açıqlanıb.
Uşaqlarınızı bunlarla zəhərləməyin
Bakcell və “Xalq Bank”dan minlərlə hədiyyə
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir. ““Xalq Bank”la “Ulduzum” hədiyyələr qazandırır!” kampaniyasında iştirak etməklə “Ulduzum” abunəçiləri gözəl hədiyyələr qazanmaq şansı əldə edirlər.
FHN: Yasamalda yanğın olması barədə məlumatlar yalandır
Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılıb. Bu barədə Trend FHN-nin saytına istinadən məlumat verir.
Olimpiya oyunları ilə bağlı çəkilən filmlər albom şəklində toplanacaq
Milli Olimpiya Komitəsi 2008-ci ildə Azərbaycan Olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi üçün qərar qəbul edib. Həmin dövrdən başlayaraq Azərbaycan Olimpiya çempionlarına həsr olunmuş “İlk Qızıl”, “Qızıl Sidney”, “Cəngavər”, “Elin Nuru”, “Ərtoğrul” kimi sənədli filmlər çəkilib.
Turizm üçün əhəmiyyət kəsb edən yolun tikintisi davam edir
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.
AzTU-da 31 - Mart Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı anma tədbiri keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqədar anma tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə, əvvəlcə 1918-ci ilin mart-aprel aylarında və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dişlərdə əmələ gələn ağ ləkələr
"Bəzi insanların, xüsusən üst dişlərində ağ ləkələr olur. Qalıcı olan bu ləkələrin hansı səbəbdən əmələ gəldiyinə nəzər yetirək. Genetik və doğuşdan gəlmə bir əlamət olmayan bu diş xəstəliyinə flüoroz deyilir. Daha çox uşaqlıqda əmələ gələn və yetkin yaşlarda belə çox zaman keçməyən bu ləkələrdən amerikalıların ən azı 25 % i əziyyət çəkir. Bu xəstəliyin uşaqlıqdan yaranmasının səbəbi uşaqkən normadan çox qəbul edilən flüorozdur.
BNA 65 saylı marşrutda baş verən insdentə münasibət bildirdi
Bu günlərdə 65 saylı marşrut xəttində hərəkət edən sərnişinlər arasında insdent yaşanıb. “OLAYLAR” xəbər verir ki, baş vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev də münasibət bildirib: “ 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, təəssüflər olsun cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir.


.png)








.jpg)
.jpg)

