Turizm üçün əhəmiyyət kəsb edən yolun tikintisi davam edir

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.

Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılıb. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam olaraq bitəndən sonra isə yolun asfaltlanması işlərinə başlanılacaq ki, bu işlərin də yolun hərəkət hissəsi 7 metr nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub.

Layihə üzrə yol boyu uzunluqları 7, 18 və 53 metr olan 2 ədəd 1 aşırımlı, 1 ədəd isə 3 aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

Dəmirçi-Lahıc avtomobil yolunun bu ilin yay aylarında tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31