AzTU-da 31 - Mart Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı anma tədbiri keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqədar anma tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə, əvvəlcə 1918-ci ilin mart-aprel aylarında və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
29 Mart 2018 14:35 SosialAzərbaycan Texniki Universitetində (AzTU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqədar anma tədbiri keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə, əvvəlcə 1918-ci ilin mart-aprel aylarında və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov 31 Mart soyqırımı barədə məlumat verib, ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyib. Xalıq Yahudov qeyd edib ki, uzun illər gizlədilən bu qətliama ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 26 mart 1998-ci ildə hüquqi-siyasi qiymət verilərək 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib.
Millət vəkili, professor Fəzail İbrahimli soyqırımından əvvəlki və sonrakı tarixi proseslərə diqqət çəkərək bildirib ki, 1918-ci ilin mart soyqırımları qan yaddaşımızın ən ağrılı səhifələrindəndir. O, çıxışında "Böyük Ermənistan" xülyasını reallaşdırmaq istəyən ermənilərin Bakıda və regionlarda kütləvi qırğınlar törətdiklərini söyləyib.
Digər çıxış edənlər də ermənilərin xalqımıza qarşı hər zaman təcavüzkar və riyakar siyasət yürütdüklərini, 31 mart soyqırımında on minlərlə insanın qətlə yetirildiyini söyləyiblər. Qeyd edilib ki, tariximizin öyrənilməsi, gənclərin maarifləndirilməsi və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün güclü gənclik formalaşdırılmalıdır.