Dişlərdə əmələ gələn ağ ləkələr
"Bəzi insanların, xüsusən üst dişlərində ağ ləkələr olur. Qalıcı olan bu ləkələrin hansı səbəbdən əmələ gəldiyinə nəzər yetirək. Genetik və doğuşdan gəlmə bir əlamət olmayan bu diş xəstəliyinə flüoroz deyilir. Daha çox uşaqlıqda əmələ gələn və yetkin yaşlarda belə çox zaman keçməyən bu ləkələrdən amerikalıların ən azı 25 % i əziyyət çəkir. Bu xəstəliyin uşaqlıqdan yaranmasının səbəbi uşaqkən normadan çox qəbul edilən flüorozdur.
29 Mart 2018 14:32 Sosial"Bəzi insanların, xüsusən üst dişlərində ağ ləkələr olur. Qalıcı olan bu ləkələrin hansı səbəbdən əmələ gəldiyinə nəzər yetirək. Genetik və doğuşdan gəlmə bir əlamət olmayan bu diş xəstəliyinə flüoroz deyilir. Daha çox uşaqlıqda əmələ gələn və yetkin yaşlarda belə çox zaman keçməyən bu ləkələrdən amerikalıların ən azı 25 % i əziyyət çəkir. Bu xəstəliyin uşaqlıqdan yaranmasının səbəbi uşaqkən normadan çox qəbul edilən flüorozdur.
8 yaşına qədər süd dişləri ilə gəzən uşaqların həqiqi dişləri damaqlarının içində tədricən inkişaf edir. Çox flüoroz isə bu prosesə ziyan verir və inkişaf etməkdə olan diş minasının meydana gəlməsinə mane olur. Bunun nəticəsində isə daha çox üst dişlər üzərində bəzi ağ nöqtələr əmələ gəlir. Həmçinin qəhvəyi rəngdə də ola bilər.
Bəzi hallarda bu ləkələr oyuqlar halına belə çevrilə bilər.
Flüorozu yaradan səbəblərdən biri də nə qədər qəribə görünsə də diş məcunlarıdır. Bu səbəbdən 8 yaşından əvvəl istifadəsi nəzarət altında saxlanılmalıdır.
Yenə də flüorozsuz diş məcunu istifadə etsəz belə, flüoroz su və digər içkilərin tərkibində də mövcuddur. Onu da qeyd edək ki, 1 litr suda 1 milliqram flüoroz mövcuddur. Lakin bu sudan suya dəyişən bir haldır.