Sosial

Cinayət Məcəlləsinə dəyişiklik edilir - yeni cəzalar müəyyənləşdirilib

29 Mart 2018 13:42

Azərbaycanda işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilir. Məcəllənin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilir. Dəyişikliyə əsasən, maddənin adı “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olması təklif edilir.

“Müəllimlərə ucuz işçi qüvvəsi kimi baxırlar”

29 Mart 2018 13:39

“Son 15 ildə Azərbaycan təhsil sistemində böyük irəliləyişlər var. Müəllim hazırlayan ali təhsil ocaqları birləşdirilib, filiallar ləğv edilib. Müəllmilərin test üsulu ilə işə götürülməsində şəffaflıq təmin olunmaqdadır. Orta məktəb müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilir.

Milli Məclis soyqırıma görə yığışacaq

29 Mart 2018 13:37

Martın 30-da Milli Məclisin Dünya Azərbyacnlılarının Soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir. Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.

Parlament 13 qanuna dəyişiklik edəcək

29 Mart 2018 13:36

Martın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. “Olaylar”ın məlumatına görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Bunlar “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlarına dəyişiklik layihələridir.

"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

29 Mart 2018 13:34

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi inkişaf strategiyasının başlıca məqsədi ölkədə davamlı iqtisadi artıma və sosial rifaha nail olunmqdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür.

Müdafiə Nazirliyi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir

29 Mart 2018 13:23

Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ic­ti­maiy­yətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

29 Mart 2018 12:58

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Nazir müavini: İşsizlik səviyyəsi 5 faizdən aşağı enib

29 Mart 2018 12:57

Bakıda əmək sahəsində beynəlxalq standartların və bərabərlik prinsplərinin təmin olunması məsələlərinin müzakirəsinə həsr olunmuş “Beynəlxalq Əmək Standartları və Bərabərlik” mövzusunda konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa  Sosial Xartiyası departamentinin nümayəndələri iştirak edir.

Azərbaycanda işsizliyə görə sosial yardım alanların siyahısı genişləndirilir

29 Mart 2018 12:28

Azərbaycanda işsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir. Məlumata görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü (Sosial yardım almaq hüququ olan ailələr) maddəsinə əlavələr müzakirə edilib.

Bakıda güclü yanğın

29 Mart 2018 12:06

Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. Küləyin təsiri ilə yanğın güclənib.

Vaqif Əsədov paytaxt küçələrindəki tıxacın səbəbini AÇIQLADI

29 Mart 2018 11:58

Bu gün səhər saatlarında Bakı şəhəri ərazisindəki bəzi mərkəzi küçə və prospektlərdə sıxlıq müşahidə olub. Vətəndaşlar işə gecikdikləri üçün vəziyyətdən narahat olduqlarını bildiriblər.