Sosial

Hacı Cavad məscidi yaxın vaxtlarda istifadəyə veriləcək

29 Mart 2018 11:55

Bakıda Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 1 ünvanında tikintisi aparılan Hacı Cavad məscidi yaxın vaxtlarda istifadəyə veriləcək. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri yeni İlahiyyat İnstitutuna tələbə qəbulundan danışdı

29 Mart 2018 11:52

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı: "Suriyaya döyüşməyə gedən azərbaycanlıların geri qaytarılması ilə bağlı işlər davam etdirilir"

29 Mart 2018 11:50

Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir. Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

AMEA Naxçıvan Bölməsində „Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nın təqdimatı olub

29 Mart 2018 11:48

AMEA Naxçıvan Bölməsində Nəsimi adına Dilçilik İnstitutu ilə birgə „Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın təqdimatı keçirilib.

Əmək və sosial müdafiə sahələrində Misirlə əməkdaşlıq imkanları nəzərdən keçirilib

29 Mart 2018 11:46

Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etdirilməsi iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə Nazirlikdə  keçirilən tanışlıq görüşündə vurğulayıb.

Müəllimlər üçün yeni şans

29 Mart 2018 11:44

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsahibədə iştirak etmək istəyən namizədlər 29 mart - 4 aprel 2018-ci il tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Türkiyəli professor: "Ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir"

29 Mart 2018 11:28

Ermənilərin işğalçılıq və soyqırım siyasəti üzündən Qafqazda heç cür sülh əldə etmək mümkün olmayıb. Məlumata görə, bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru Kemal Çiçek deyib.

Bakıda avtobusda gənc oğlandan sərnişinlərə qarşı TƏRBİYƏSİZLİK - Təhqir etdi, döydü... - VİDEO

29 Mart 2018 11:18

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.

“WhatsApp”dan daha bir yenilik

29 Mart 2018 11:16

Populyar "WhatsApp" messencerində məhsul və xidmətləri ödəməyə imkan verən yeni funksiya yaradılıb.  "WhatsApp" istifadəçiləri bu və ya digər xidmət və məhsulları QR-şifrə vasitəsilə ödəyə biləcəklər. Belə bir imkan messencerin sonuncu versiyasında reallaşdırılıb.

Lotu Qulidən üzr istəyən gəncdən yeni video – VİDEO 18+

29 Mart 2018 11:06

"Hərə bir söz yazıb. Guya məni sındırıblar” Minval.İnfo xəbər verir ki, bu sözləri bi müddət əvvəl "Lotu Quli” ləqəbli Nadir Səlifovdan üzr istəyən Yeraz Əli adlı şəxs yeni video paylaşıb. Əli bu videosunda onu çəkdiyi videoya görə söyənlərə səslənib, onları öldürəcəyini deyib: "Hərə bir söz danışır.

Nazirlik xəbərdarlıq etdi - Bakıda toz dumanı normadan artıqdır 

29 Mart 2018 10:57

Martın 29-30-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.

Ceyranbatan su anbarının statusu dəyişdi

29 Mart 2018 09:04

Ceyranbatan su anbarının statusu dəyişib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” qərarında müvafiq dəyişiklik edib.