"Mona Liza" yerindən tərpədilməyəcək
29 Mart 2018 11:37 SosialDahi italyan rəssam Leonardo Da Viçinin "Mona Liza" (Cokonda) əsərinin nümayiş olunduğu binadan çıxarılması yasaqlanıb.Əsər Fransadakı Luvr Muzeyində saxlanılır. Artnet News-a istinadən bildirir ki, 515 il əvvəl çəkilmiş şedevr elə bir durumdadır ki, onun başqa ölkələrə aparılması, sərgilərdə nümayiş olunması əsəri məhv edə bilər."Mona Liza" hətta 2019-cu ildə Luvr Muzeyində təşkil olunacaq sərgi üçün yerindən tərpədilməyəcək.Fransanın mədəniyyət naziri Fransuaza Nissenin dediyinə görə, şedevr başqa ölkələrdə də göstərilməli, "mədəni seqreqasiya"ya yol verilməməlidir.
Luvrun direktoru Jan-Lük Martines isə nazirin mövqeyi ilə razılaşmadığını, "Mona Liza"nın yerindən tərpədilməyəcəyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00