Komitə sədri yeni İlahiyyat İnstitutuna tələbə qəbulundan danışdı
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
29 Mart 2018 11:52 SosialAzərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı: "Suriyaya döyüşməyə gedən azərbaycanlıların geri qaytarılması ilə bağlı işlər davam etdirilir"
Onun sözlərinə görə, artıq institutun yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirilib: "Komitə olaraq biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib. Artıq tələbə qəbulu şərtləri və ixtisaslar müəyyənləşib. Hələlik institutun fəaliyyət göstərməsi üçün yerin ayrılması məsələsi açıq qalıb. Yaxın vaxtlarda yəqin ki, bu məsələ də öz həllini tapacaq".
M.Qurbanlı bildirib ki, bu il institutun binası məsələsi həll olunsa, dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul olacaq. Trend.az