“Söz atdım, peşmanam...” – Səidə Sultan
29 Mart 2018 12:29 Sosial"Virtual Həyat" verlişində məşhurlar arasında sorğu keçirilib.Axşam.az xəbər verir ki, onlar yaşadıqları peşmanlıqları dilə gətiriblər:Ramal İsrafilov: "Əgər mən arxaya baxıb gördüklərimi yaşamasaydım, indi özümə gələ bilməzdim. Güclü olmaq lazımdır. Bu sualı zəif adamdan soruşsan, o, başlayacaq peşmanlıqlarını danışmağa. Ancaq mən onları yaşamasaydım, özümə gəlməzdim. Şükür, keçənlərə və gələcəyimizə".Lətifə Soyuöz: "Mən bu həyatda heç vaxt heç nə üçün peşman olmamışam. Olan hər bir şeydən özüm üçün dərs çıxarmışam. Olanlara İlahi dərs kimi baxıram. Hansısa hadisə həyatımda baş verdisə, deməli, Allah bununla mənə dərs verdi və dedi ki, bundan sonrakı addımlarında ehtiyatlı ol".Hacı Nazim Məmmədov: "Mən sənətdə olan bəzi adamlara özünə layiq olmayan qiyməti vermişəm. Mən artıq onu etmirəm, əvvəlki Nazim deyiləm".Səidə Sultan: "Bəzi lazım olmayan insanların ağzına söz atdım. Bunun peşmanlığını çəkirəm. Elə bil ki, lazımsız insanların ağzına söz atdım".