FHN: Yasamalda yanğın olması barədə məlumatlar yalandır

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılıb. Bu barədə Trend FHN-nin saytına istinadən məlumat verir.

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılıb.
Bu barədə Trend FHN-nin saytına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Fövqəladə Hallar Nazirliyinə qeyd olunan ünvanda yanğın olması barədə müraciət daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31