Uşaqlarınızı bunlarla zəhərləməyin
29 Mart 2018 14:56 SosialPaketli qidaların içərisindəki maddələr və bədənə verdiyi ziyanlar
Şokolad, vafli, cips və.s qidalar bir çox insanın asanlıqla imtina edə bilməyəcəyi gündəlik qidalarından birini təşkil edir. Lakin bu yazılanları oxuduqdan sonra fikriniz dəyişə bilər.
1. Aspartam
1965-ci ildə James M. Schlatter tərəfindən kəşf edilən və qatqı maddələrinin ən zərərlisi olaraq adlandırılan aspartam üçün E951 kodu istifadə edilir. Pəhriz məhsulları də daxil olmaqla market rəflərindəki minlərlə məhsulda olan aspartam, parkinson və obeziteye gətirib çıxarır.
2. Yüksək fruktozalı qarğıdalı siropu
Obezite və pankreas xərçənginin başlıca səbəblərindən biri olan yüksək fruktozlu qarğıdalı siropu, bir dövr mediada olduqca əks-səda oyandırmışdı. Qarğıdalının keçirdiyi kimyəvi proseslərin arından ortaya çıxan və təbii şəkərdən daha ucuz olan bu dadlandırıcı içki, şokolad, biskvit və daha bir çox paketli məhsulların tərkibində var.
3. Monosodyum glutamat (MSG)
Çin duzu olaraq da tanınan və qabların üzərində E621 koduyla istifadə edilən monosodyum glutamat, hüceyrələrin həddindən artıq oyandırılması səbəbindən ölməsinə səbəb olur. Alzheimer, Parkinson, Huntington, epilepsiya, obezite, pankreas ziyanı və şəkər kimi bir çox xəstəliyə səbəb olan, böyrək və qaraciyərdə ziyana gətirib çıxaran bu maddə cips, hazır şorba və ketçup-mayonez kimi souslarda olur.
4. Natrium sulfat
Başda kolon xərçəngi və lösemi olmaq üzrə bir çox xəstəliyin tətikləyiciləri arasında olan natrium sülfit, uşaqlarda beyin şişi meydana gəlməsinə yol aça bilir. Qablaşdırma kodu E250 olan bu maddə ət məhsulları və pizza kimi xəmir işlərində məhsulun rəf ömrünü uzatmaq məqsədi ilə istifadə edilir.
5. Natrium nitrat
E251 koduyla göstərilən və uşaq yeməklərində istifadəsi qadağan olunan natrium nitrat, natrium sulfat kimi məhsulun rəf ömrünü uzatmaq üçün istifadə edilir və xərçəng növləri ilə əlaqəsi olduğu düşünülür.
6. BHA VƏ BHT
Qatı və maye yağların pozulub kiflənməsinin qarşısını almaq üçün istifadə edilən və beyin hüceyrələrində ziyana səbəb olan, bu səbəbdən də, davranış dəyişikliyinə yol açan BHA və BHTchr("39")ye taxıl məhsulları və cipsdə rast gəlmək mümkündür.
7. Kükürd dioksid
Halsızlıq kimi təsirlərə səbəb olan sulfid qazı çaylar, ədviyyatlar və dondurulmuş məhsullarda istifadə edilir.
8. Kalium bromat
Sobalarda bişən məhsullarda həcmi artırmaq və rəngi ağartmaq üçün istifadə edilən kalium bromat, xərçəngə səbəb olur.
9. Suklaroz
Az kaloriyalı dadlandırıcılardan biri olan və diabet riski meydana gətirən suklaroz qablarda E955 koduyla göstərilir.
10. Aromatlar və rəngləndiricilər
Şirniyyatlar, un məmulatları və vitaminlər olmaqla bir çox qidada rast gəlinən süni aromatlar və rəngləndiricilər diqqət dağınıqlığı, hiperaktividə və qaraciyər ziyanına gətirib çıxardığı kimi, kanserojen təsirlərədə malikdir.
11. Hidrogenizə yağlar
Bitki mənşəli yağların hidrogenizə edilərək süni olaraq qatılaştırılmasıyla əldə edilən bu trans yağlar xəmir işlərindən souslara qədər bir çox məhsulda yer alır. Xolesterolu yüksəldən hidrogenizə yağlar obeziteye gətirib çıxarır.
12. Qida boyaları
Qidaların daha canlı və rəngli görünmələrini təmin edən qida boyaları xüsusilə uşaqların sağlamlığını ziyan vurur. Kolbasa, sosiska, şokolad və vafli kimi qidaların tərkibində daha çox olur.
13. Kalium sorbat
Kalium sorbat hazır satılan kekslərin tırkibində olur və DNT - də ziyana səbəb olur.
Bu kimi maddələri tərkibində saxlayan bu qidalardan tamamilə uzaq qala bilməsək belə sağlamlığımız üçün istifadələrini azalda bilərik.