Olimpiya oyunları ilə bağlı çəkilən filmlər albom şəklində toplanacaq

Milli Olimpiya Komitəsi 2008-ci ildə Azərbaycan Olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi üçün qərar qəbul edib. Həmin dövrdən başlayaraq Azərbaycan Olimpiya çempionlarına həsr olunmuş “İlk Qızıl”, “Qızıl Sidney”, “Cəngavər”, “Elin Nuru”, “Ərtoğrul” kimi sənədli filmlər çəkilib.

Milli Olimpiya Komitəsi 2008-ci ildə Azərbaycan Olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi üçün qərar qəbul edib. Həmin dövrdən başlayaraq Azərbaycan Olimpiya çempionlarına həsr olunmuş "İlk Qızıl", "Qızıl Sidney", "Cəngavər", "Elin Nuru", "Ərtoğrul" kimi sənədli filmlər çəkilib.

"OLAYLAR" xəbər verir ki, 2017-ci ildə Milli Olimpiya Komitəsi çəkilmiş filmlərin Olimpiya Həmrəyliyi fondunun dəstəyi ilə bir albom daxilində toplanmasını və təqdimatını nəzərdə tutan "Olimpiya Odisseyası" proqramını həyata keçirməyi qərara alıb. Təqdimatda Milli Olimpiya Komitəsinin üzvləri, Gəncələr və İdman Nazirliyi, idman federasiyaları və idman ictimaiyyətindən nümayəndələr iştirak edəcəklər. Tədbir martın 30-da Milli Olimpiya Komitəsində keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31