Sosial

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzili yaşayış binasının tikintisinə baxış olub

12 Aprel 2018 19:39

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və əlil ictimai birliklərinin rəhbərlərinin iştirakı ilə nazirliyin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində inşa olunan 96 mənzilli yaşayış binasında aparılan tikinti işlərinə baxış olub.

Bakıda seçki günü təcili yardıma 7 dairədən müraciət daxil olub

12 Aprel 2018 18:11

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” xidmətinə 11 apreldə 2087 ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu müraciətlərin cəmi 7-si seçki dairəsindən olub. Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

“Türk Hava Yolları” rekord sayda sərnişinə xidmət göstərib

12 Aprel 2018 17:43

Cari ilin yanvar-mart aylarında “Türk Hava Yolları” aviaşirkəti tarixində sözügedən dövr üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. “OLAYLAR” xəbər verir ki, yanvar və fevralda daşınan sərnişinlər sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24% artaraq 6 milyona çatıb. Sərnişin axının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində rekorda çatıb – 82%.

Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlayıb?

12 Aprel 2018 17:41

Son günlər bəzi elektron KİV-lərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.

Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunub

12 Aprel 2018 17:20

Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki.  artıq Salyan-Neftçala avtomobil yolunun əsaslı təmirinə start verilib və qısa müddət ərzində yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində müasir yol infrastrukturu yaradılıb.

Seminar dərslər başa çatıb

12 Aprel 2018 17:20

Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslər 20 fevral -10 aprel 2018-ci il tarixlərini əhatə edib.

Regionların social-iqtisadi inkişaf proqramları şəhərlərə üz tutan sakinlərin geri qayıtmasına səbəb olub

12 Aprel 2018 17:18

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin ərzaq təhlükəsiliyi ilə təmin olunmasında müstəsna rol oynayıb. Hazırda hökumət ixrac potensialını artırmaq və ölkəyə valyuta axınını təmin etmək məqsədilə texniki bitkilərin inkişafına xüsusi diqqət ayırıb.

Bakıda yanğın olub - Xəsarət alan var

12 Aprel 2018 17:11

Bakının Xətai rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 kv.m sahədə divar kağızı yanıb.

Bakıda Beynəlxalq Konfrans keçiriləcək

12 Aprel 2018 17:05

Ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Bununla əlaqədar Azərbaycan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. 

Media səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırdı

12 Aprel 2018 16:57

Aprelin 12- də Beynəlxalq Mətbuat Mərkəzində aprelin 11 – də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Mətbuat Şurasının mətbuat konfransı keçirildi.

Razyana çayı arıqladırmı? – BUNU BİLMİRSİNİZ

12 Aprel 2018 16:32

Bir çox bitki çayının arıqlatma təsiri olduğu bilinir. Bunlardan biri də razyana çayıdır. Sizə razyana çayı haqqında məlumatı təqdim edirik.

Aprelin 15-də ikinci sınaq imtahanı olacaq

12 Aprel 2018 16:19

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də Respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

Fira efirdən uzaqlaşdırıldı?

12 Aprel 2018 15:20

Hələlik “Xəzər” radiosunda fəaliyyətimi davam etdirirəm, bu ailənin bir üzvüyəm. Bu sözləri Xəzər TV-nin aparıcısı Firuzə Cəlilova (Fira) verilişlərinin əlindən alınması xəbəri haqda Kult.az-a danışarkən deyib. O bildirib ki, efirdən uzaqlaşdırılması xəbəri yalandır və may ayından etibarən Xəzər TV-də yeni layihə ilə görünəcək: