Sosial

Yevlax-Malay mənzilində dəmir yolu körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib

13 Aprel 2018 12:08

Azərbaycan dəmir yollarında geniş xarakter alan əsaslı dəyişikliklər uğurla davam etdirilir. Dünya nəqliyyat sisteminə inteqrasiya olunma istiqamətində böyük yeniləşmələrə imza atan dəmiryolçular tamamilə yeniləşmiş bir sahəni formalaşdırmaq əzmindədirlər.

Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə başlanılıb

13 Aprel 2018 12:05

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikinti işlərinə start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki,  M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 97 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq layihələndiriləndirilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır.

Azərbaycanda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində öldü

13 Aprel 2018 12:04

Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.

Çin Təbabəti üzrə ustad dərsləri keçirildi

13 Aprel 2018 11:30

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin təbabəti üzrə seminar təşkil olunub.

Daha bir taksi şirkəti ləğv edildi

13 Aprel 2018 11:19

"Ucuz Taksi” MMC fəaliyyətini dayandırdığını elan edib. “Vergilər” qəzeti bu barədə məlumat yayıb.

Yeni ailə quran gəlinin HAMAMDA BAŞINA GƏTİRİLƏN DƏHŞƏT - Şabranda ŞOK

13 Aprel 2018 11:11

Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Şabran rayonu üzrə təbii qazın qəbulu və satış xidmətinin xidmət rəisi vəzifəsində işləyən İradə Banluyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bürclər – 13 aprel

13 Aprel 2018 10:26

Fransızdilli universitetlərin I forumu

13 Aprel 2018 09:47

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Frankafoniya Universitet Mərkəzi və Fransanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində fransızdilli universitetlərin I forumu keçirilib. Forumu giriş sözü ilə açan Fransanın Azərbaycandakı səfiri Orelia Buşezi forumun keçirilməsi üçün göstərilən dəstəyə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirib: “Mən bu forumda Fransa səfirliyinin iştirakına görə qürur hissi keçirirəm, eyni zamanda, fransız dilini öz tədris dili kimi seçən ölkələrin nümayəndələrinin burada olmasından məmnunam. Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrin Fransız dilində tədrisi davam etdirmələrinin iki önəmli cəhətini vurğulamaq istərdim. Birincisi, Fransa və Azərbaycan arasında təhsil və elm əlaqələrinin inkişafı sürətlənəcək, ikincisi fransızdilli ölkələrdə yaşamaq üçün şərait yaranacaq”.