Sosial
Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.
Nura Suri od püskürdü: “Niyə mən yox?”
Üç ayda ölkəyə 3506 ədəd avtomobil gətirilib
2018-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 3506 ədəd olub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Qürbət ellərdəki vətənsizin son arzusu
Vətən nədi? Vətən səni qoynuna alıb nəfəsini içinə çəkən ana kimi əziz və doğma olan torpaqdı, məmləkətdi. Vətən səndən üz çevirməyən diyardı. Vətən vətənsizliyin həsrətini çəkənlər üçün cazibə qüvvəsidir. Vətənsiz insan yad sularda üzüb, ancaq böyüməyən balıq kimidi. Ayağını basdığın torpağın məhrəmliyini canında hiss edirsənsə demək ki, vətəndəsən, ana qoynundasan, nəfəsini ciyərinə çəkən insanın ürəyinin başındasan.
Külək güclənəcək, meteohəssas insanlarda narahatlıq yaranacaq
Bakıda və Abşeron yarımadasında aprelin 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Muzdla çalışan işçilərin sayı açıqlanıb
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Həzmə kömək edir, arıqladır, öskürəyi kəsir... – Qabığı özündən şəfalı meyvə
Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var. Ailem.az ananas qabığında olan heyrətamiz faydalar barədə məlumat verir.
Polis seçki günü bülletenlərinin üzərində “Diktator” yazan şəxsləri tapdı – Bəziləri axtarışdadı!
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Məlum olduğu kimi, seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınmış və onların adları bülletenlərə daxil edilmişdi.
Bakıda fahişəliyi, narkomaniyanı təbliğ edən klip çəkilib – Nəzarət yoxdur (VİDEO 18 +)
Son zamanlar bəzi azərbaycanlı musiqiçilər yaş məhdudiyyətli işlər ərsəyə gətirməyə başlayıblar.
Bakıda "Nescafe"nin içindən görün nə çıxdı
Bakıda "Nescafe"nin içindən suxari əzintisi çıxıb. Bu barədə "Azad İsehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov şəxsi "Facebook” hesabında məlumat yayıb.
Azərbaycanda İİV-ə ən çox bu üsulla yoluxurlar
Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionunda İİV-ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Bu haqda məlumat 2016-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dərc edilib.
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik.
Qorxulu proqnoz: "Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək"
2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək. Məlumata görə, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib. Onun sözlərinə görə, dünyada allergik xəstəliklərə yoluxanların sayı getdikcə artır: "Burada qidalar, iqlim də rol oynayır. Qidalarda həddindən artıq əlavələrin olması allergiyaya daha çox yol açır. Lakin son vaxtlar ağır formada olan astmaya rast gəlinmir. Bunu öz təcrübəmə əsasən deyirəm. Burada maarifləndirmə də rol oynayır".
Məktəblilərin asudə vaxtı səmərəli təşkil edilir
Paytaxt məktəblilərinin Xalq Təhsili Muzeyinə ekskursiyaları davam edir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xalq Təhsili Muzeyinin birgə əməkdaşlığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdən ibarətdir.
Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.













.jpg)
