Nura Suri od püskürdü: “Niyə mən yox?”
13 Aprel 2018 14:56 SosialMüğənni Nura Suri prezident seçkiləri ilə bağlı keçirilən konsertdən narazı qalıb. Səbəbi də odur ki konsertin təşkilatçıları onu həmin tədbirə dəvət etməyiblər.Yazı müğənninin instaqram səhifəsində paylaşılıb.Paylaşımı olduğu kimi təqdim edirik: "Dünənki konsertə gedən müğənnilərin 90%-i bölgələrdə keçirilən heç bir konsertdə iştirak etməyiblər, YAP-ın heç bir seçki konsertində olmayıblar.
2008-ci ildə qucağımda ana südü ilə qidalanan körpəmlə birgə, 2013-cü ildə və bu il bütün bölgələrdə keçirilən seçki konsertlərində iştirak etmişəm. YAP-ın üzvüyəm və hər zaman prezidenti dəstəkləyən və xaricdə belə keçirilən bütün dövlət tədbirlərində iştirak edirəm.
14 ildir bu sənətdəyəm, Xalq artistlərinin, Əməkdar artistlərinin çoxu seçki konsertlərinə getmədi, təmənnasız dövlət tədbirlərinə də getmirlər. Niyə mən yox, heç bir konsertdə iştirak etməyən müğənnilər dünənki konsertdə idi?
Dövləti, dövlət başçısını dildə yox, əməldə sevmək və dəstəkləmək lazımdır".