Məktəblilərin asudə vaxtı səmərəli təşkil edilir

Paytaxt məktəblilərinin Xalq Təhsili Muzeyinə ekskursiyaları davam edir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xalq Təhsili Muzeyinin birgə əməkdaşlığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdən ibarətdir.

Paytaxt məktəblilərinin Xalq Təhsili Muzeyinə ekskursiyaları davam edir. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xalq Təhsili Muzeyinin birgə əməkdaşlığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdən ibarətdir.

Şagirdlər muzeydə Azərbaycan təhsilinin inkişaf tarixi, tanınmış pedaqoqların fəaliyyəti və məktəblərin qabaqcıl təcrübəsi barədə məlumatlandırılır, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs ləvazimatları, müxtəlif illərə məxsus dərsliklər, proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olurlar.

Bundan əlavə, ekskursiyalar zamanı müasir dövrümüzə qədər təhsil sisteminin formalaşma mərhələləri, böyük maarifçilərin, elm və dövlət xadimlərinin, pedaqoji ictimaiyyət nümayəndələrinin bu sahədə göstərdikləri xidmətlər xronoloji ardıcıllıqla şagirdlərin diqqətinə çatdırılır.

Qeyd edək ki, yanvar, fevral və mart aylarında təşkil olunan ekskursiyalarda  30 təhsil müəssisəsindən 750 məktəbli, 150 pedaqoji işçi və valideyn iştirak edib. Tədris ilinin  sonunadək daha 23 ümumi təhsil müəssisəsi üzrə şagird, müəllim və valideynlərin ekskursiyalarda iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31