Sosial
Şamaxıda daha bir kənddə sürüşmə baş verdi - 2 evdə çatlar yarandı
Şamaxı rayonunda daha bir kənddə sürüşmə hadisəsi baş verib. Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb: "Sürüşmə nəticəsində kənddə 2 evdə çatlar əmələ gəlib. Bu kənddə əvvəllər də sürüşmə olmuşdu, 8 evdə çatlar əmələ gəlmişdi. Aprelin 12-də daha iki evdə çat yaranıb".
Əhali ərzağa 4,3 mlrd. manat xərcləyib
2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 mlrd. manata bərabər olub.
Dəhşətli qəzada bir nəfər ölüb
Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, aprelin 12-də saat 12 radələrində Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini Akif Hüseynovun idarə etdiyi “MAN” və Abşeron rayon sakini Ələddin Eyvazovun idarə etdiyi “Changan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Eyvazov orada ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Avtomobil yolu keçən 2 piyadanı vurub
Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub. Nəticədə G.Rəfiyeva hadisə yerində ölmüş, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Bilik Fondunun təcrübəçiləri Bakı Yunus Emre İnstitutunda
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub.
Elmi Şuranın növbəti iclası – Universitetdə
Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib.
“Məhəmməd peyğəmbərin ruhu məndədir” – 63 yaşlı şəkili qadın
Şəkili qadın Məhəmməd peygəmbərin ruhunun bədəninə yerləşdiyini bəyan edir. Rayonun İncə kəndində yaşayan Ceyran adlı xanım peyğəmbərin əmri ilə addımlar atdığını deyir: “Məhəmməd peygəmbərin mübarək ruhu məndir. Onun əmrilə İslamı təbliğ edirəm. Çünki insanlar haqq yolundan uzaqlaşıblar. Sonuncu peyğəmbərimiz mənə missiya tapşırıb. Çətin də olsa mən bu missiyanı layiqli şəkildə yerinə yetirməyə çalışıram. Hər yerdə Qurandan ayələr oxuyuram, insanları düz yola dəvət edirəm”.
Ümumçin Gənclər Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
Bərdədə 6 otaqlı ev yanıb
Bərdə rayonunda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə hər mərtəbəsi 210 m² olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində taxta rəflər 34 m² sahədə yanıb. Yanğından zirzəminin qalan hissəsi və ev mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Masallıda ərzaq mağazası yanıb
Müəllim və valideynlərin müraciətləri dinlənilib
Aprelin 13-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Gəncə və Şəkinin su təchizatının yenidən qurulması istiqamətində görülən işlər müzakirə edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.
Xaçmazda ambulans xəstə yerinə görün nə daşıyır
Xaçmaz rayonunda təcili tibbi yardım maşını yük daşınmada istifadə olunur. Fotodan da göründüyü kimi 90-JM-902 dövlət nömrəli ambulansda taxta daşınır. Məsələni dəqiqləşdirmək üçün Təcili tibbi yarıdımla əlaqə salamağa çalışasaq da, sualımıza cavab tapmadıq. Qarşı tərəfin fikirini yayımlamağa hazırıq.
Qız üçün Göyçaydan Ağdama getdi, gizlicə yataq otağına girdi və çılpaq halda... - AĞLASIĞMAZ OLAY
Göyçay rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Sərxan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dövlət Əmək Müfəttişliyi Xidməti ölkəmizin cənub zonasında seminar-müşavirələr təşkil edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib.














